Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Humanizm
Humanizm — (lat. humanitas — "insanlıq", humanus — "insani", homo — "insan") — insanın öz həyatının məzmununu və formasını müəyyən etmək hüququna və öhdəliyinə malik olduğunu iddia edən demoktarik və etik həyat mövqeyidir. Humanizm insanın bilik və bacarıqlarından istifadə etməklə insani və digər ali dəyərlərə söykənən etika əsasında daha humanist cəmiyyətin yaradılmasına səsləyir. Humanizm teizm elementlərini özündə ehtiva etmir və dini dünyagörüşünü inkar edir. Humanizm insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada ateizm və aqnostizmlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir. Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil.
Turanizm
Turançılıq, turanizm — bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. İlk olaraq finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədi ilə ortaya atılmışdır. Türkçü və turancı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdürmək məqsədi güdmədiyini bildirmişdir.Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur. Ziya Gökalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir: Vətən nə Türkiyədir türklərə, nə Türküstan; Vətən böyük və əbədi bir ölkədir: Turan. == İstinadlar == == Xarici keçidlər == Turania.org.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat."Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı.Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. == Terminologiya == === Etimologiya === Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır. Nikoles Uitsen adlı holland bir səyyah 17-ci əsrin sonlarında bu sözü Qərbi Avropaya gətirdi. O, "Noord en Oost Tataryen" (1692) adlı kitabında tunqus və samodi dillərində danışan yerli Sibir xalqları və bu ərazilərdə qalması haqqında yazdı.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
İntibah humanizmi
Qərbi Avropanın humanist yazıçıları daha ədalətli quruluş arzulayırdılar. Belə humanistlərdən biri ingilis yazıçısı Tomas Mor (1478-1535) idi. O, hüquqşünas idi. 1516-cı ildə "Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında qızıl kitab" nəşr etdirdi. Kitabda xüsusi mülkiyyət olmayan "Utopiya" adası təsvir edilir. Tomas Mor bu cəmiyyəti qurmağın yolunu bilmirdi. Ona görə də, sonralar həyata keçilməz arzunu utopiya ("olmayan yer") adlandırdılar. Fransanın humanist, satirik yazıçısı Fransua Rable (14941553) "Qarqantua və Pantaqruel" kitabında kral və mənasız müharibələri ifşa etmişdir. XVI əsrin sonunda ingilis xalqı teatrı çox sevirdi. Londonda 10-a qədər teatr var idi.