Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gərgər
Gərgər bu mənalarda gələ bilər: == Gərgər == Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Gərgər (Adıyaman)
Gərgər - Türkiyənin Adıyaman ilinin ilçələrindən biridir. == Ərazi == Gərgər ilçəsinin ərazisi 702 km² sahəni əhatə edir . İlçə tərkibinə Gərgər qəsəbə bələdiyyəsi və 45 kənd daxildir . Gərgər qəsəbə bələdiyyəsi beş (Fatih, Kələşan, Mərkəz, Seyidmahmud və Yeniməhəllə) məhəllədən ibarətdir . Gərgər bələdiyyəsinin məhəllələri və ilçənin tərkibindəki kəndlər muxtarlar tərəfindən idarə edilirlər . == Əhali == Gərgər qəsəbə əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 3,189 nəfərdir (1,599 nəfər kişi və 1,590 nəfər qadın olmaqla) . === Dil === === Kəndlər === Adıyaman ilində Qarakeçili boyuna mənsub insanlardan ibarət 26 kənd mövcuddur. Onlardan üçü : Oymaqlı, Seyidmahmud və Bəybostan kəndləri Gərgər ilçəsində yerləşir . Hazırda onların əhalisini 24 oğuz boyundan biri olan Qayı boyundan yaranmış Qarakeçili boyunun Torun qolundan olan Bəylər oymağına aid türk kökənli insanlar təşkil etməkdədir . Gərgər ilçəsinin kənd əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 20,637 nəfərdir .
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Gərgər (Gədəbəy)
Gərgər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gərgər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Coğrafiyası == Orta dağlıq qurşaqdadır. == Toponimikası == Kəndin adı XIX əsrdə Qarqar variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin eramızın əvvəllərində Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adı ilə bağlılığı ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2599 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gərgər (Hadişəhr)
Gərgər — Hadişəhrin cənub qisminin tarixi adıdır, şimalı hissəsi isə Ələmdar adlanır. Hadişəhr bu iki məntəqənin birləşməsindən yaranıb. Həmdullah Qəzvini Nüzhətül-qülub kitabında (xüsusilə 85, 102 səhifələrində) bu şəhəri Azərbaycanın beş böyük və abad şəhərlərinin sırasında gətirib: Bərdə, Ordubad, Naxçıvan, Gərgər və Ucan.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Gərgər bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərgər mahalı
Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahal. Maku mahalı, Mərənd mahalı və Qaradağ mahalı tərəfindən əhatə edilmişdir. Ələmdar və Gərgər bu mahalın ən böyük və ən tanınmış yerlərindən idi. Səfəvilər dövründən bu iki məntəqənin adları birlikdə qeyd olunub və bəzən mahal Ələmdar-Gərgər adıyla deyilib. İndi Ələmdar və Gərgər bir olublar və Hadişəhr adlanırlar. Bugün, Gərgər mahalı, Qaradağ mahalının bir qismiylə Culfa adlanır. == Hakimləri == Haciyə xanım Gərgəri Rəhim xan Sərtip Gərgəri == Mənbə == İrəc Əfşar.Əmin Ləşkərin xatirələri qəzeti. Əsatir nəşrləri,birinci çap,1999. (fars.) Xatirələr və Xətərlər. Yazıçı:Müxbirüssəltənə (fars.) Məhəmmədismail Rizvani və Fatimə Qaziha.
Gərgər nahiyəsi
Gərgər nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərgərin adındandır. Elxanilər dövlətinin Marağa tüməninin Gərgər nahiyəsi.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Ələmdar-Gərgər
Hadişəhr, Ələmdar, Gərgər və ya Ələmdar-Gərgər — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,842 nəfər və 7,552 ailədən ibarət idi.Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.