Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd.[2][3]
Kənd | |
Gərgər | |
---|---|
40°57′30″ şm. e. 44°24′32″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Cəlaloğlu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.450 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir[4]. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir. Orta əsr mənbələrində bu toponimlərin hamısı "Qarqar" formasında əksini tapmışdır.[5]
Kənddə ruslarla yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır[6]. 1940-cı illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. 1988-ci ildən sonra kənddə yaşayan ruslar da ermənilərin təzyiqi nəticəsində sıxışdırılıb çıxarılmışdır. İndi kənddə əsasən ermənilər yaşayır.