Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batna
Batna vilayəti — Əlcəzairdə vilayət. Batna (şəhər) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi.
Patna
Patna — Hindistanda şəhər. Bihar ştatının mərkəzidir. Əhalisi 1,7 milyon nəfərdir.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Ğana
Ğana (ərəb. قانا‎) — Qana Sur şəhərindən 10 kilometr cənub-şərqdə və Livanın cənubunda İsrail sərhədindən 12 kilometr aralıda yerləşən kənddir. Bu kənddə 10 minə yaxın əhali yaşayır, əksəriyyəti isnaəşəridir. Ğana yuxarı əl-cəlil tarixi bölgəsində yerləşir. == Haqqında == İsrail ilə Livanın Hizbullah təşkilatı arasında gedən müharibələrdə iki dövr ərzində Qana kəndində Livanlı mülki vətəndaşlar İsrail hərbi qüvvələrinin hücumuna məruz qalıb və öldürülüb.
Batna (şəhər)
Batna (ərəb. باتنة‎, bər. ⴱⴰⵜⵏⴰ) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi. Batna Əlcəzairin beşinci ən böyük şəhəri, Ores dağ silsiləsindəki ən böyük şəhərdir. Şəhər ölkənin paytaxtı Əlcəzair şəhərindən 430 kilometr (270 mil), Konstantin şəhərindən isə 119 kilometr (74 mil) məsafədə yerləşir. Batnanın sahilə nisbətən yaxın yerləşməsinə baxmayaraq, şəhərin yerləşdiyi hündürlük dəniz səviyyəsindən bir kilometrdən çoxdur. Bu baxımdan şəhərdə qış kifayət qədər soyuq, qarlı keçir. Batna Əlcəzairin 1954-cü ildə ölkənin müstəqilliyi uğrunda müharibənin başlanğıcını qoyan hadisələrin baş verdiyi şəhərlərdən biridir. 1 noyabr 1954-cü ildə şəhərdəki hərbi obyektlər istiqlalçıların dəstələri tərəfindən hücuma məruz qalmışdır. Əlcəzair müstəqillik əldə edənə qədər üsyançı komandanlıq şəhərdə yerləşirdi.
Batna vilayəti
Batna vilayəti — Əlcəzairdə vilayət. == Ərazisi == Batna vilayətinin ərazisi 12 192 km2-dır. Batna vilayətinə 21 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Batna vilayətinin əhalisi 1 119 792 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Namakura Gatana
Namakura Gatana (yap. なまくら刀) və ya Hanawa Hekonai meitō no maki (yap. 塙凹内名刀之巻) — rejissor Cuniçi Koçinin 1917-ci ildə çəkdiyi qısa animasiya filmidir. 2008-ci ilin mart ayında Yaponiyanın Osaka şəhərində əntiq əşyaların satıldığı mağazada aşkar edilib. Səssiz olan animasiya 2 dəqiqə davam edir. Mövzusunu samurayın katana alması təşkil edir. Vikianbarda Namakura Gatana ilə əlaqəli mediafayllar var. Namakura Gatana — Internet Movie Database saytında.
Qanna (kommuna)
Qanna (fr. Gannat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03118. 2008-ci ildə əhalinin sayı 5868 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 3528 nəfər (15-64 yaş) arasında 2.453 nəfər iqtisadi fəal, 1075 fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə bu 67.2%). Fəal olan 2453 nəfərdən 2118 nəfəri (1147 kişi və 971 qadın), 335 nəfəri işsiz (150 kişi və 185 qadın) idi. 1075 hərəkətsiz 340 nəfər arasında şagird və ya tələbə, 339 nəfər təqaüdçü, 396 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qarna (Sulduz)
Qarna (fars. قارن‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 813 nəfər yaşayır (128 ailə). Əhalisi kürdlərdən ibarətdir.
Qana Respublikası
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Qana bayrağı
Qana bayrağı — Qananın Dövlət bayrağı
Qana İmperiyası
Qana İmperiyası — İndiki cənub-şərq Mavritaniya və qərbi Malidə yerləşirdi.
Qata Kamski
Qata Kamski (tatar. Ğata Kamski, Гата Камский; rus. Гата Камский, 2 iyun 1974[…], Novokuznetsk[d], Kemerovo vilayəti) — ABŞ şahmat qrosmeysteri və 5 qat ABŞ çempionu. Kamski 1996-cı ildə 22 yaşındaykən FİDE Dünya Çempionatında finala çıxmış və 1995-ci il əmsal siyahısına əsasən dünyada dördüncü olan bir şahmat dahisidir. Kamski Rusiyanın Novokuznetsk şəhərində, tatar ailəsində anadan olmuşdur. 1989-cu ildə o, atası Rüstəmlə ABŞ-yə köçüb. 1989-cu ildə Nyu-Yorkda keçirilən turnirin qalibi oldu və Harri Kasparovla iki oyun oynamaq imkanını əldə etdi. Bu oyunlar 0–2 məğlubiyyəti ilə nəticələndi. 1990-cı ildə FIDE Kamskini qrosmeyster titulu ilə təltif etdi. 1991-ci ildə o, Amerika Çempionatının qalibi oldu.
Bolqatanqa (Qana)
Xalq arasında Bolqa olaraq bilinən Bolqatanqa (ing. Bolgatanga), Qananın Bolqatanqa Bələdiyyə Bölgəsi və Yuxarı Şərq bölgəsinin Burkina Faso sərhəddinə bitişik bir şəhəri və paytaxtdır . Bolqatanqanın 2012-dən çox yaşayış məntəqəsi və təxminən 66.685 əhalisi var. Bolqatanqa, Tamalenin 161 km (təxminən 100 mil) şimalındadır . Bolqatanqa, Qızıl Volta çayı vadisində ( fillərin önəmli bir köç yoludur), Ağ Volta çayı və qəsəbənin cənubundakı Qambaqa Qayalıqları Yuxarı Şərq bölgəsinin cənub sərhəddini təşkil edir. == Tarixi == Bolqatanqa adı guresi bolba "miqrantlar" və tanŋa "piramida" sözlərindən əmələ gəlmişdir. Tarixən Bolqatanqa qədim Trans-Sahara ticarət yolunun cənub terminalında yerləşirdi. Şərq marşrutu Bolqatanqa yaxınlığındakı Sahelian marşrutu ilə birləşirdi. Marşrut boyu əl işləri, xüsusən də saman səbətləri, papaqlar və geyimlər, həmçinin dəri məmulatları, metal zərgərlik və yerli geyimlər - kola, qoz-fındıqlara və duza dəyişdirildi. Bolqatanqanın yerləşdiyi Yuxarı Şərq Bölgəsi əvvəllər Yuxarı Region kimi tanınan ərazinin bir hissəsidir.
Qana (Livan)
Ğana (ərəb. قانا‎) — Qana Sur şəhərindən 10 kilometr cənub-şərqdə və Livanın cənubunda İsrail sərhədindən 12 kilometr aralıda yerləşən kənddir. Bu kənddə 10 minə yaxın əhali yaşayır, əksəriyyəti isnaəşəridir. Ğana yuxarı əl-cəlil tarixi bölgəsində yerləşir. == Haqqında == İsrail ilə Livanın Hizbullah təşkilatı arasında gedən müharibələrdə iki dövr ərzində Qana kəndində Livanlı mülki vətəndaşlar İsrail hərbi qüvvələrinin hücumuna məruz qalıb və öldürülüb.
Qana (dəqiqləşdirmə)
Qana — Qərbi Afrikada dövlət. Qana (Livan) — Livanda kənd.
Qarna-syur-Enjyevr
Qarna-syur-Enjyevr (fr. Garnat-sur-Engièvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03120. 2008-ci ildə əhalinin sayı 727 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 438 nəfər (15-64 yaş) arasında 326 nəfər iqtisadi fəal, 112 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 67.2%). 326 fəal şəxsdən 303 nəfəri (174 kişi və 129 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 112 nəfər arasında 22 nəfər şagird və ya tələbə, 48 nəfər təqaüdçü, 42 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qarna-sür-Enjyevr
Qarna-syur-Enjyevr (fr. Garnat-sur-Engièvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03120. 2008-ci ildə əhalinin sayı 727 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 438 nəfər (15-64 yaş) arasında 326 nəfər iqtisadi fəal, 112 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 67.2%). 326 fəal şəxsdən 303 nəfəri (174 kişi və 129 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 112 nəfər arasında 22 nəfər şagird və ya tələbə, 48 nəfər təqaüdçü, 42 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Azərbaycan–Qana münasibətləri
Azərbaycan–Qana münasibətləri — Azərbaycan Respublikası ilə Qana Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 11-də qurulmuşdur.
Qata-de-Qorqos
Qata-de-Qorqos (isp. Gata de Gorgos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 20,33 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6292 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 13 km uzaqlıqda yerləşir.
Qana milli futbol komandası
Qana 2018 Qış Olimpiya Oyunlarında
Qana 2018 Qış Olimpiya Oyunlarında Skeletoni idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bu Qananın Qış olimpiyadasında ikinci iştirakıdır. 2010 Qış Olimpiya Oyunlarında ölkəni xizək yarışlaında Kvame Nkruma-Açinpon təmsil olunmuşdur. Bu olimpiya yarışında isə ölkəni Akvasi Frimonq təmsil etmişdir. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və skeleton Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Qana tarixində ilk dəfə bu idman növü üzrə təmsil oluncaqdır. Bu yarışmada ölkəni Kvame Nkruma-Açinpon təmsil etmək hüququ əldə etmişdir.
Qana qadın milli voleybol komandası
Qana qadın milli voleybol komandası — Afrika Voleybol Konfederasiyasının qadın milli voleybol komandalarından biri. Milli komanda Qananı qadın voleybolunda təmsil edir. Tarixi boyu Qana qadın millisi dünya çempionatı, dünya kuboku və s. kimi önəmli turnirlərdə iştirak edə bilməmişdi. Yalnız 1991 və 93-cü illərdə Afrika çempionatının final mərhələsinə yüksələn komanda heç bir medal qazana bilməmiş, eyni zamanda həmin ildən etibarən bu turnirdə də iştirak edə bilməmişdi. Qana millisinin fəxr edə biləcəyi ən böyük uğuru isə 1978-ci ilin Afrika Oyunlarında qazandığı bürünc medaldır.
Vampir Ovçusu D: Qana Susama
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
FATCA
FATCA (ing. Foreign Account Tax Compliance Act — Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) — xarici bank hesablarının vergiyə cəlb olunması ilə bağlı amerikan qanunudur. ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu ildə qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Əsas məqsəd digər ölkələrdə işləyən və yaşayan Amerika vətəndaşlarının vergidən yayınmasının qarşısını almaqdır. Qanun ABŞ Vergi xidmətinin (İRS) qeydiyyatında olan fiziki şəxslər barədə banklardan və digər maliyyə qurumlarından məlumatların verilməsini tələb edir. FATCA ilə bağlı Azərbaycanda Nazirlər Kabinetinin 22 aprel 2014-cü il 103 saylı sərəncamı var.
Fanta
Fanta — The Coca-Cola Company tərəfindən istehsal olunan meyvə dadlı sərinləşdirici qazlı içki. Dünyada 200-dən çox müxtəlif dad və çeşiddə mövcuddur. Fanta 1941-ci ildə Nasist Almaniyasında ABŞ ilə ticarət embarqosu zamanı Koka-Kola içkisinin əvəzedicisi olaraq yaradılmışdır. Portağal dadlı Fanta isə 1955-ci ildə İtaliyada hazırlanmışdır. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Fatma
Fatma — XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Bəzi mənbələrdə onun XIX əsrdə yaşadığına və şirvanlı olduğuna dair məlumatlar var. Nəqşibəndi təriqətinə mənsub olan Fatmanın cəmi bir qoşması günümüzə gəlib çatmışdır. == İstinadlar == == Mənbə == Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978, s. 105-106.
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Gagea
Qazsoğanı (lat. Gagea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qaftan
Qaftan — qədim türklərdə geyim forması. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda "don" adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm" ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: "Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi". Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: "Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi… Ayıtdılar: "Necə səxt olmayalum?
Qaqra
Qaqra (gürc. გაგრა, abx. Гагра, rus. Га́гра) — Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qaqra bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qaqra rayonu) və Qara dənizin sahilində yerləşən kurort şəhər. Şəhərin əhalisi 1989-cu ildə 26,636 nəfər idi, ancaq Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklər sonra azalmışdır. Qaqra eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər Abxaziyanın qərbində yerləşir və Psou çayı vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir. Gürcü alimlərinə əsasən, "Qaqra" adı svan dilində qoz mənasını verən "Qakra" sözündən gəlir. Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli "Qaqaa" qəbiləsindən gəlir. Professor V. Kcarçiyaya əsasən, "Qaqra" abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə "Kakara" və ya "Kakkari" olaraq adlandırılmışdır).