Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davamlı inkişaf
Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf. == Əsas anlayışları == Ona iki əsas anlayış daxildir: tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar; məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən. Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir. KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur. == Tarixi == XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur.
Davamlı çirkləndirici
Davamlı çirkləndirici — paslanmayan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Davudlu
Davudlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Davudlu (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Davudlu (Əhər) — İranda kənd.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Davudlu (Ağdaş)
Davudlu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Binələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Davudlu kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Binələr kəndi mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin Səfəvi hökmdarı I Şah Abbasın (1587-1629) vəziri Allahverdi xanın oğlu Qarabağ bəylərbəyisi Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranması ehtimal olunur. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Davudlu (Hurand)
Davudlu (fars. داودلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Davudlu (Qubadlı)
Davudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Davudlu kəndi Gorus çayının (Bərgüşad çayının qolu) dərəsində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarabağ bəylərbəyisi olmuş Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar burada sofulu tayfasına mənsub ailələrin də məskunlaşması haqqında məlumat verilir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Davudlu kəndində 41 evdə 143 şiə türk yaşayırdı.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Davam müharibəsi
Davam müharibəsi (fin jatkosota, rus. Война-продолжение) — İkinci dünya müharibəsi dövründə Şərq cəbhəsində 25 iyun 1941 – 19 sentyabr 1944-cü illəri əhatə edən müharibədir. Qış müharibəsinin davamı sayıldığı üçün belə adlandırılmışdır. Finlandiya, qış müharibəsində Sovet İttifaqına itirdiyi bölgələri geri almaq üçün Almaniyanın yanında idi. Davam müharibəsi Sovet İttifaqının 1944-cü ildəki böyük strateji hücumuna qədər mövqe qoruma müharibəsi olaraq davam etmişdir. == İlk hücum == Sovetlər 30 noyabr 1939-cu ildə hücum etdilər. Sovetlər hər cəhətdən çox üstün idilər, lakin Finlandiya Silahlı Qüvvələri Karl Qustav Emil Mannerheymin komandanlığı ilə sovet düşərgələrinə iqlimin kamuflyajı ilə hücum edərək rusları geri çəkilməyə məcbur etdilər. Bundan əlavə İngiltərə və Fransa Finlandiyaya kömək edirdi. == İkinci hücum == İkinci hücumda Qırmızı Ordu artıq tam bir döyüş maşını idi. Finlandiyanın Almaniya tərəfini seçməsi İngiltərəni qarşısında görməsinə səbəb oldu.
Təzəkənd-i Davudlu (Hurand)
Təzəkənd-i Davudlu (fars. تازه كندداودلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (23 ailə).
Davam Ya Tamam
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
İstintaq davam edir
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
Davam Ya Tamam (veriliş, 2010)
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Davam etməkdə olan hərbi münaqişələr
Davam etməkdə olan hərbi münaqişələr — Hal-hazırda davam etməkdə olan hərbi münaqişələri təsnif etmək istifadə edilən ifadə. Davam etməkdə olan hərbi münaqişələrə əsasən dövlətlər arasında olan mübahisəli torpaq əraziləri, dini, irqi zəmində baş verən toqquşmalar və qanunsuz silahlı qruplaşmalar ilə dövlət orqanları arasında baş verən qısa döyüşlər aid edilir. Siyahının daha da geniş olmaması üçün il ərzində 100 dən çox ölüm halının baş verdiyi münaqişələr siyahıya daxil edilmişdir. == İl ərzində 10.000+ insan itkisi olan münaqişələr == Bu siyahıdakı qarşıdurmalar ən azı 10.000 insanın ölümünə səbəb olur.
Kolumbiya vətəndaş müharibəsi (1964 - davam)
Kolumbiya vətəndaş müharibəsi — 1964-ci ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.. Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948-1958-ci illərdə baş vermişdir . Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir . Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir . Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər .
İstintaq davam edir (film, 1966)
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
Çətin olsa da, həyat davam edir
Çətin olsa da, həyat davam edir — Rövşən Abdullaoğlunun ilk dəfə 2013-cü ildə nəşr edilmiş motivasiya psixologiyası silsiləsindən olan kitabı. Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. Kitab 2013-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 272 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ilə qədər əsər 15 dəfə təkrar nəşr edilib.
Çətin olsa da, həyat davam edir (kitab)
Çətin olsa da, həyat davam edir — Rövşən Abdullaoğlunun ilk dəfə 2013-cü ildə nəşr edilmiş motivasiya psixologiyası silsiləsindən olan kitabı. Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. Kitab 2013-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 272 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ilə qədər əsər 15 dəfə təkrar nəşr edilib.