İNNAB

[ər.] сущ. иннаб (1. экуь-хъипи цуьквер жедай, кьурагьвилиз давамлу ттар ва адан яру чкал алай, къене кӀеви цил авай куьлуь ва верцӀи емиш; 2. классик шиирра ярувал манада; şərbəti-innab яру шуьрбет; ləbi-innab яру пӀузарар).
İNLƏYİŞ
İNNABI¹
OBASTAN VİKİ
İnnab
İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir. İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyil etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur.
Tikanlı innab
Əsl innab
Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir. 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir.
Mavritan innabı
Çin innabı

İnnabı
İnnabı - Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri. Burada heç də innab meyvəsi nəzərdə tutulmur, meyvənin rəngi aktuallaşdırılır. İnnabı rəngi adıdır, tünd qırmızı rəngi bildirir. Bu, qadınların toy zamanı bər-bəzəyə, şala, qumasha, tafta-baftaya bürünüb simvolik şəkildə qırmızılaşdırılmasına, qırmızıya boyanmasına işarədir, alt-şüur səviyyəsində isə birbaşa qadın başlanğıcına işarədir. İnnabı Azərbaycanın toy rəqsidir, bir rəqs forması kimi varlı qadınların evlərində meydana gəlmişdir. Onu adətən qonaqlardan olan iki rəqqasə ifa edərmiş. İnnabını Bakıda yalnız qadınlar oynardılar, bir çox rayonlarda isə onu həm qadınlar, həm də kişilər ifa edərdilər. Vaxtilə Azərbaycanda qadın və kişi toyları (və ya qız və oğlan toyları) ayrıca keçirilərdi. Kişi toyunda qadınlar, qadın toylarında kişilər iştirak etməzdilər. Bu dövrdə qadınların getdiyi yerlər də məhdud idi.
İnnabı (Rəqs)

Значение слова в других словарях