Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darıca
Darıca — Türkiyənin Kocaeli ilinin ilçələrindən biri. == İdman == "Darıca Gənclərbirliyi" adlı futbol klubu ilçəni Türkiyənin 2-ci liqasında təmsil edir.
Davaçı
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Daveaua
Daveaua (lat. Daveaua) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Mareca
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Cavea
Cavea (lat. Cavea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm. & J.Small === Sinonim === Saussurea tanguensis J.R.Drumm.
Daşca
Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir. == Coğrafiyası == Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb. == Toponimikası == Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir.
Xavea
Xavea (isp. Jávea) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 68,59 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 31909 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 92 km uzaqlıqda yerləşir.
Daneya Qrandoveç
Daneya Qrandoveç (2 iyul 1984) — Sloveniyanı təmsil edən marafonçu. Daneya Qrandoveç Sloveniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daneya Qrandoveç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Danica McKellar
Danika Makkellar (ing. Danica McKellar; 3 yanvar 1975, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, kitab yazıçısı və riyaziyyatçı. 2001-2013-ci illərdə Mayk Verta ilə evli olub. 2013-cü ildən Skot Svesloski ilə evlidir.
Darıca Gənclərbirliyi
Davaçı xan
Davaçı xan (Dabaçı) (+1759) — 1753–1755-ci illərdə Dörben Oyrot ulusunun (Дөрвн өөрд улс) hökmdarı xuntayci titulu ilə, Çoros soyundan, Şuno Dabo-baatarın oğlu. == Həyatı == Xuntayci Qaldan-Tseren öləndən sonra Cunqariyada ixtişaşlar başladı. Ara vuruşmalarından Davaçı zəfərlə çıxdı. Amma bəzi noyonlar öz namizədləri Nemexu-Jirqalı taxta əyləşdirmək istədilər. Cunqariyada iki xan oldu. Amursanın yardımı olə Davaçı rəqibini öldürdü. Xoyt xanı bu yardıma görə Davaçıdan bəzi bölgələri tələb etdi. Davaçı onun tələblərini rədd etdiyindən yeni döyüşlər başladı. 1754-cü ilin avqustunda Amursan məğlub oldu. O, Xalxuya qaçdı.
Daveaua anthemoides
Daveaua (lat. Daveaua) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Davola baroş
Davola baroş — Serbiyanın cənubunda Radan dağının zirvəsində yerləşən təbiət mənzərəsi. Bura hündürlüyü 2 metrdən 15 metrədək olan 202 daş sütundan ibarət bir yerdir. Dağın hündürlüyündə 100 kq çəkili daş sütunlar yerləşir. Bu sütunlar təbii bioloji aşınma nəticəsində yaranmışlar. Bu ərazidə iki su hövzəsi var ki, bunları da “Şeytan suyu” və ”Şeytan quyusu” adlandırmışlar. Hər iki su hövzəsində minerallaşma yüksək olduğu üçün burada yaşıllıq demək olar ki yoxdur. Bu yer qəribəliyinə görə yerli sakinlər tərəfindən qorxulu əfsanələrin yaranmasına səbəb olub və buna görə də “Şeytanın şəhəri” adlandırılıb. Bura gələn turistlərə ekskursiya yalnız gecələr keçirilir. 1959-cu ildən ”Şeytan şəhəri”nin ərazisi qoruq statusu alir. 1995-ci ildə Serbiya hökuməti bura təbiət abidəsi statusu verir.
Dəvəçi (Qoşaçay)
Dəvəçi (fars. دوه چي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər yaşayır (107 ailə).
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578 ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Quercus dacica
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Ravesa Lleşi
Ravesa Lleşi — 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı-nın Cenevrə-dəki Ofisində Albaniya-nın daimi nümayəndəsi oldu. == Həyatı == Ravesa Lleşi 1 iyun 1976-cı ildə anadan olub və Hollandiya-da Tilburq Universitetini beynəlxalq və Avropa ictimai hüququ üzrə magistr dərəcəsi ilə bitirib. İngilis və Holland dillərini yaxşı bilir.2010-cu ildən 2014-cü ilə qədər Tiranada, Nyu-Yorkun Tirana Universitetinin təklif etdiyi müəssisədə dərs verdi. Xarici İşlər Nazirinin müşaviri olduğu 2018-ci ilin yanvar ayına qədər ölkəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı missiyasına rəhbərlik etdiyi vaxtdan 2018-ci ildə Avstriya-da idi.2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Ofisində Albaniyanın Daimi Nümayəndəsi oldu. Lleşi, ölkəsinin Dünya Fikri Mülkiyyət Təşkilatındakı təmsilçiliyindən də cavabdehdir, məsələn, 2019-cu ildə Darjeeling çayı kimi regional məhsullara qoruma təmin edəcək beynəlxalq bir müqaviləyə imza atanlardan biri idi.