Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Daniya Ramires
Daniya Ramires (8 noyabr 1979, Santo-Dominqo) — Dominikan Respublikasında anadan olmuş aktrisadır. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Maya Herreyra rolu ilə tanınır.
Daniya Nurullina
Daniya Nurqayazovna Nurullina (tatar. Дания Нургаяз кызы Нуруллина; 23 avqust 1946, Kazan) — Sovet və rus tatar teatr xadimi, aktrisa. Tatarıstan Respublikasının xalq artisti (1991), Tatarıstan Respublikasının əməkdar artisti (1981). Rusiya Federasiyasının əməkdar artisti (2010), Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (2021). == Həyatı == Daniya Nurqayazovna Nurullina 23 avqust 1946-cı ildə Kazanda anadan olub. Onun Əsl adı Fidanyadır. O, fəhlə ailəsində səkkizinci uşaq olub. Daniya 13 yaşında anasını itirib, atası Böyük Vətən müharibəsi veteranı idi və uşaqlarını tək böyüdüb. Daniya Nurullina uşaqlıqdan mədəniyyət ocaqlarında müxtəlif dərnəklərə gedib, orada rəqs və gimnastika ilə məşğul olub. Məktəbin 9-cu sinfini bitirdikdən sonra ikinci dəfə Kazan Teatr Məktəbinə daxil olub.
Bulbophyllum danii
Bulbophyllum danii (lat. Bulbophyllum danii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum danii növü Kot-d'İvuar üçün endemik növdür.
Dacia Sandero
Dacia Sandero — Rumıniya istehsalçısı Dacia tərəfindən istehsal edilən subkompakt avtomobildir. O, 2007-ci ildə buraxılıb və hazırda üçüncü nəsildədir. O, həmçinin Rusiya, Latın Amerikası, İran, Misir və Sub-Sahara Afrikası kimi seçilmiş bazarlarda Renault Sandero kimi satılıb.
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Dafni Rouzen
Dafni Rouzen (ing. Daphne Rosen; 9 iyun 1982, Tel-Əviv) — İsrail pornoaktrisasıdır. Təl-Əvivdə anadan olan Dafni uşaqlığını ABŞ-də Massamusetdə keçirmişdir. 2005-ci ildə "Venom Digital Media" ilə müqavilə bağlayaraq porqnoqrafik janrlı filmlərdə çəkilməyə başlayır.
Dalnı adası
Dalnı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. == Coğrafiyası == Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 100 metr aralıda yerləşir. Bu buxtanın şimal-qərbində digər kiçik ada olan Srednı yerləşir. Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Danik Snelder
Danik Snelder (d. 22 may 1990) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Danik Snelder Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Danil Ankudinov
Danil Ankudinov (qaz. Данил Анкудинов; 31 iyul 2003, Qaraqanda) — Qazaxıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın hücumçusu. == Karyera == Danil Ankudinov gənc oyunçu kimi İspaniyanın Marset Futbol Akademiyasına qoşulmuşdur. O, 2021-ci ildə Rusiyanın dördüncü dərəcəli çempionatında çıxış edən "Rodina-2" ilə müqavilə imzalamışdır. Ankudinov 2021–22 mövsümünün ikinci yarısından əvvəl Moldovanın "Şerif" klubu ilə müqavilə imzalamışdır. == İstinadlar == == Xarici keçidlər == Danil Ankudinov — "FootballFacts.ru" saytında.
Danil Qalitski
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı. Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993.
Danil Quliyev
Quliyev Danil Piri oğlu (17 sentyabr 1923, Əmircan, Bakı qəzası – 2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Danio foankei
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Danio lineatus
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Danio rerio
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Danni Heyster
Danni Heister (18 noyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. == Karyerası == Danni Heister Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Danni Heister Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Danni Heister Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Kuniya Dayni
Kuniya Dayni (12 oktyabr 1944, Kobe) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib.
Onunla danış
Onunla danış (isp. Hable con ella) rejissorluğu və ssenari yazarlığı Pedro Almodovara aid olan 2002 istehsalı İspan dram filmi. Baş rollarda Xavier Kamara, Dario Qrandinetti, Leonor Uatlinq, Geraldin Çaplin və Rosario Flores oynamışdır. Film Ən Yaxşı Orijinal Ssenari nominasiyası üzrə Oskar Mükafatı və Xarici dildə ən yaxşı film Qızıl Qlobus Mükafatı almışdır. Film cinslər arasındakı ünsiyyət çətinlikləri, tənhalıq, səmimiyyət və sevgidəki qətiyyətin itməsi kimi mövzuları əhatə edir. == Aktyorlar == Javier Cámara --> Benigno Martín Darío Grandinetti --> Marco Zuluaga Leonor Watling --> Alicia Rosario Flores --> Lydia González Mariola Fuentes --> Rosa Geraldine Chaplin --> Katerina Bilova Pina Bausch --> 'Café Müller' danscısı Malou Airaudo --> 'Café Müller' danscısı Caetano Veloso --> partideki şarkıcı --> "Cucurrucucú paloma" Roberto Álvarez --> Doktor Elena Anaya --> Ángela Lola Dueñas --> Matilde Adolfo Fernández --> Niño de Valencia Ana Fernández --> Lydia'nın kızkardeşi Chus Lampreave --> Bekçi Paz Vega --> Amparo (sessiz filmde) == Xarici keçidlər == to Her/ 0287467 — Internet Movie Database saytında.
Robert Dauni
Robert Con Dauni (4 aprel 1965[…], Manhetten, Nyu-York ştatı) — Amerikan aktyor, musiqiçi və prodüser. 2 dəfə "Oskar" nominantı (1993, 2009), Emmi nominantı (2001), 2 dəfə "Qızıl Qlobus" qalibi (2001, 2010) və BAFTA mükafatı qalibi (1993). Hollivudun ən çox qazanan aktyoru və dünyanın ən məşhur film ulduzlarından biridir. Rol aldığı filmlərdən altısı 500 milyonun üzərində qazanc gətirib və bunlardan ikisi kino tarixinin ən kommersiyal uğurlu beş filmi sırasındadır. İlk dəfə Sıfırdan Az filmində canlandırdığı narkoman gənc obrazı ilə tənqidçilərdən yüksək xal yığan aktyor, 1992-ci ildə əfsanəvi komik Çarli Çaplini canlandırdığı Çaplin filmi ilə Oskar mükafatına namizəd göstərildi. Anadangəlmə Qatillər, Qısa Keçidlər, Üçüncü Riçard, Bir Gecəlik Məhəbbət, Yalnız sən, Ürək və Ruhlar bu dövrdə çəkildiyi digər populyar filmlər sırasında idi. 1996-cı ilin avqustunda içkili vəziyyətdə sürdüyünə, heroindən istifadə etməyinə görə Robert polislər tərəfindən təsadüfən saxlanılmışdır. Dauni 3 il müddətində azadlıqdan məhrum edilmişdir və ümumi kamerada canilərlə qalmağa məcbur qalmışdır. 2000-ci ildə Alli Makbil serialında rol almış, və uğurlu aktyorluğuna görə Qızıl Qlobus mükafatı almışdır. Yalnız narkotiklə olan problemlərinin öhdəsindən gələ bilməyən aktyor serialdan qovulmuş, illər boyu kinodan uzaq qalaraq müalicəsinə davam etmişdir.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.