Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. == Haqqında == Deformasiyaya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastik Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Mexaniki deformasiya
Deformasiya — xarici qüvvənin təsiri ilə cismin forma və ölçülərinin dəyişməsidir. Onun aşağıdakı halları vardır: Elastik deformasiya – xarici qüvvenin təsiri kəsildikdən sonra cismin öz əvvəlki forma və ölçülərini almasına deyilir. Plastik deformasiya – xarici qüvvənin təsiri kəsildikdən sonra cismin öz əvvəlki forma və olçülərini almamasına(qalıq qalmasına)deyilir. Bərk cisimlərdə deformasiyanın növləri – dartılma,sıxılma,sürüşmə,burulma,əyilmədir. Dartılma deformasiyası – cismin uzunluğunu artmasına səbəb olan deformasyadır. Məsəlsən məftillərin, rezinin uzanması və s. Sıxılma deformasiyası – uzunluğun azalmasına səbəb olan deformasyadır. Sürüşmə deformasiyası – cismin paralel təbəqələrinin bu təbəqələrə paralel qüvvələrin təsiri ilə sürüşməsinə deyilir. Ayrı-ayrı metal hissələrini bağlayan bolt və pərçimlər sürüşmə deformasyasına məruz qalır. Burulma deformasiyası – bərk cisimlərin uclarına əks istiqamətdə yönəlmiş qüvvə momentləri tətbiq olunanda yaranan deformasyadır.
Plastik deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. == Haqqında == Deformasiyaya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastik Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Reformasiya
Reformasiya (lat. reformatio) — XV-XVI əsrlərdə Katolik kilsəsinə qarşı başlanan dini etirazlar. == Tarixi zəmin == XVI əsrin ikinci yarısında Appenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı. İntibah dövrü adlanan bu hərəkat müasir Avropa ilə antik Avropa arasında kəsilmiş əlaqəni yenidən bərpa etdi. Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yanaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlar yaranmağa başladı. İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Memarlıq sahələrində yazılmış kitablar çoxaldılaraq Avropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi. Orta əsrlər eyni zamanda Qədim Roma zamanında əsası qoyulan, ancaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmış Coğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahı Orta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.