Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Dissosiativ pozğunluqlar
Disosyativ pozğunluqlar — insanda şəxsiyyət, yaddaş, qavrayış və ətraf muhit ilə əlaqədər duyumlar kimi normalda bir bütün halında çalışan funksiyaların bütövlüyünün pozulmasıdır. Dissosiyasya əksəriyyətlə travmaya qarşı bir müdafiə mexanizmi kimi ortaya çıxır. Xəstəlik bu şəkildə travmadan qaçmağı təmin edərkən eyni zamanda travma insanın həyatı üzərindəki təsirini də gecikdirir. == Növləri == Dissosyativ pozulmalar 5 alt qrupta təhlil olunur. === Dissosiyativ amneziya === Ən çox rast gəlinən dissosiyativ pozğunluqdur. Adətən, stress və travmatik hadisələrə müşayiət edir. Həddindən artıq psikososyal hadisələrdən sonra inkişaf etdikdə bu diaqnozu qoymaq doğru olar. Çünki bu cür hafizə itkiləri beynində yaranan üzvi pozuntulardan da irəli gəlir. Əsas əlamətləri; Müəyyən bir hadisənin yada düşməməsi, insanın bütün həyatını yada salmaması və ya müəyyən bir zaman dekabrını yada salmaması, ya da hər şeyi unutması kimi tanınır. === Dissosiyativ fuqa === Amneziyanın bir növü də sayıla bilər.