Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Distillə olunmuş su
Distillə edilmiş su — mineral duzlardan, üzvi maddələrdən və orada həll olunan digər çirklərdən distillə yolu ilə təmizlənmiş su. Beləliklə, distillə edilmiş su təmizlənmiş su növüdür. == Tarixi == İçməli su dəniz suyundan ən azı təxminən eramızdan 200 il əvvəl distillə edilmişdir, bu proses Afrodisiyalı Aleksandr tərəfindən aydın şəkildə təsvir edilmişdir. Aristotelin Meteorologica əsərində bir keçid kimi suyun distillə edilməsinə aid hissələr vardır. "Dostluq" gəmisi kapitanı İsrael Uilyams (1797) suyu distillə etmək üçün bir üsul yaratdığı haqqında jurnalında məlumat yayımlatdırmışdır. == Fiziki xassələri == Distillə edilmiş suyun elektrik keçiriciliyi aşağıdır (GOST R 58144 0,43 mS/m-dən çox tələb etmir). Atmosfer qazları: oksigen, azot, arqon, karbon qazı və az miqdarda başqaları distillə edilmiş suda həll olunur. Həll edilmiş karbon qazına görə distillə edilmiş su bir az turşu mühitə malikdir və pH 5,0-7,0 təşkil edir. Tamamilə neytral su əldə etmək üçün karbon qazı tamamilə çıxarılana qədər qaynadılır (30 dəqiqə) və hava keçirməyən qabda saxlanılır. Çox təmiz olduğundan, xarici mexaniki çirklərin olmadığı halda, qaynama nöqtəsindən yuxarı qızdırıla bilər və ya faza keçidi olmadan donma nöqtəsindən aşağı soyudula bilər.