Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolores
Dolores (isp. Dolores) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 18,69 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7392 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 36 km uzaqlıqda yerləşir. == Həmçinin bax == Veqa-Baxa-del-Sequra Torrevyexa Pilar-de-la-Oradada == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Majaeros.
Dolores Ambriç
Dolores Ceyn Ambriç — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı xəyali bir obraz. Obraz, beşinci roman Harri Potter və Simurq Ordeninin əsas düşmənlərindən biridir və Sehrbazlıq Dünyasına Lord Voldemortun dönüşünü bildirən Harri Potter və Albus Dambldordan ələ almaq üçün Sehr Nazirliyi tərəfindən Hoqvartsa yerləşdirildi. Hoqvartsda olanda Ambriç güc qazanır və məktəbi kontrol etmək məqsədilə Sehr Nazirliyi tərəfindən "Yüksək Vəkil" olaraq atanır. Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq atanmasına baxmayaraq, Ambriç bu haqda praktik şeylər öyrətməyi rədd edər və bu da tələbələrin özlərini necə müdafiə edəcəklərini öyrənmələri üçün Dambldorun Ordusunun qurulmasına yol açar. Ambirç, çox vaxt ən alçaqlıq və nifrət edilən obrazlardan biri olaraq görünür və seriyanın ən yaxşı pis obrazlardan biri olaraq qəbul edilir. Ambriç, Harri Potter və Simurq Ordeni və Harri Potter və Ölüm Hədiyyələri I Hissədə İmelda Staunton tərəfindən canlandırılmışdır. == Bioqrafiyası == Dolores Ceyn Ambriç, Sehrbaz bir ata və Maql bir ananın qızları olaraq dünyaya gəldi. Daha sonra Kuklaçı olan kişik bir qardaşı oldu. Atasının təsiri altında, Dolores sehrli olmayan bacarıqlarına görə anasını və qardaşını alçaldaraq böyüdü. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbində Slizerin Binasına seçildi və heçbir zaman liderlik mövqeyini ala bilmədiyindən məktəbdəki vaxtını boşa keçirdiyini düşündü.
Dolores Ibarruri
Dolores İbarruri (9 dekabr 1895[…] – 12 noyabr 1989[…]) — kommunist siyasətçi, İspaniya vətəndaş müharibəsi zamanı La Pasionaria adlı təşkilatın lideri olmuş qadın. "No Pasaran" (Keçid yoxdur) ifadəsi ilə məşhurlaşmışdır. == Həyatı == İspaniyanın Bask bölgəsindəki Qallarta şəhərində, Vizca qəsəbəsində, yoxsul bir mədənçi karlist və katolik ailədə anadan olub, o Xuliana Qomez və Antonio Ibarrurinin on bir övladının səkkizincisi idi. Təhsil almaq istəyirdi, amma ailəsi təhsilinə pul ayırmaq üçün maddi gücə malik deyildi. 1916-cı ildə iyirmi yaşında ikən siyasi fəal olan mədən işçisi Xulian Ruiz ilə evləndi. Onların altı uşağı var idi, lakin dördü yetkinlik yaşına çatmamışdan əvvəl həddindən artıq yoxsulluqdan ölmüşdü. 1917-ci ildə ümumi tətilə qoşulduqdan sonra Ruizin həbsi ailənin iqtisadi çətinliyini daha da dözülməz etdi. Ibarruri Karl Marksın yazılarını oxudu və Kommunist Partiyasına qoşuldu. El Minero Vizcaíno qəzeti üçün "La Pasionaria" təxəllüsü ilə məqalələr yazmağa başladı.1920-ci ildə Bask Kommunist Partiyasının əyalət komitəsinə seçildi. 1930-cu ildə nüfuzuna və ləyaqətinə görə İspaniya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçildi.1931-ci ildə İkinci Cümhuriyyətin təməli ilə Madridə köçdü.
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Dolores O'Riordan
Dolores Mary Eileen O'Riordan 6 sentyabr 1971 – 15 yanvar 2018[…], London irlandiyalı musiqiçi, müğənni və mahnı müəllifi idi. O, alternativ rok qrupu The Cranberriesin vokalisti və söz müəllifi kimi tanınırdı.
Maria Dolores del Rio
Maria Dolores del Rio — meksikalı siyasətçi. Müxtəlif vəzifələrdə çalışan Maria Dolores del Rio hal-hazırda dövlət koordinatoru vəzifəsində çalışır. == Siyasi Fəaliyyəti == 2009-2012-ci illərdə o, Sonoranı təmsil edən Meksika Konqresinin LXI Qanunvericilik Assambleyasının müavini vəzifəsində çalışıb. Siyasətçi, həmçinin 2003-2006-cı illərdə Hermosillo bələdiyyəsinin prezidenti vəzifəsində çalışıb. O, indi Sonoradakı Ciudadano Hərəkatının dövlət koordinatorudur.