Dolores Ambriç

Dolores Ceyn AmbriçCoan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı xəyali bir obraz.

Dolores Ambriç
ing. Dolores Umbridge
Harri Potter personajı
İlk görünmə Harri Potter və Simurq Ordeni (roman) (2003)
Son görünmə Harri Potter və Ölüm Hədiyyələri (roman) (2007)
Yaradan Coan Roulinq
Canlandıran İmelda Staunton
Hoqvarts Slizerin
Məlumat
Cinsi Qadın

Obraz, beşinci roman Harri Potter və Simurq Ordeninin əsas düşmənlərindən biridir və Sehrbazlıq Dünyasına Lord Voldemortun dönüşünü bildirən Harri PotterAlbus Dambldordan ələ almaq üçün Sehr Nazirliyi tərəfindən Hoqvartsa yerləşdirildi. Hoqvartsda olanda Ambriç güc qazanır və məktəbi kontrol etmək məqsədilə Sehr Nazirliyi tərəfindən "Yüksək Vəkil" olaraq atanır. Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq atanmasına baxmayaraq, Ambriç bu haqda praktik şeylər öyrətməyi rədd edər və bu da tələbələrin özlərini necə müdafiə edəcəklərini öyrənmələri üçün Dambldorun Ordusunun qurulmasına yol açar.

Ambirç, çox vaxt ən alçaqlıq və nifrət edilən obrazlardan biri olaraq görünür və seriyanın ən yaxşı pis obrazlardan biri olaraq qəbul edilir. Ambriç, Harri Potter və Simurq OrdeniHarri Potter və Ölüm Hədiyyələri I Hissədə İmelda Staunton tərəfindən canlandırılmışdır.

Dolores Ceyn Ambriç, Sehrbaz bir ata və Maql bir ananın qızları olaraq dünyaya gəldi. Daha sonra Kuklaçı olan kişik bir qardaşı oldu. Atasının təsiri altında, Dolores sehrli olmayan bacarıqlarına görə anasını və qardaşını alçaldaraq böyüdü. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbində Slizerin Binasına seçildi və heçbir zaman liderlik mövqeyini ala bilmədiyindən məktəbdəki vaxtını boşa keçirdiyini düşündü. Ambriç, Hoqvartsda keçirdiyi vaxtdan sonra, Sehr Nazirliyinin Uyğunsuz İstifadə Ofisində önəmli və təsirli mövqeylərə yüksəldi. Bir neçə vaxt sonra Ambriç, Sehr Nazirliyinin Baş Katibi oldu. Ambirç, güc yerini, Remus Lupinin Qaranlıq Sənətlərə Qarşı Müdafiə Professoru olaraq tapşırığından istefa etdikdən sonra yeni bir iş tapmasını demək olarki imkansız hala gətirən Qurd Adam Əksinə Qanun kimi yeni qanunları keçirmək üçün yarı irqlərə olan nifrətini istifadə etmək üçün istifadə etdi. 1994-cü ildə Nazirlik tərəfindən Hoqvartsa professor olaraq yerləşdirildi. Lord Voldemortun geri döndüyünə dair söyləntilər və Kornelius Fudgeın artan paranoyasından sonra Ambriç, Harri Potter və əmisioğlu Dudli Durslinin önündə, Lidl Vinqinqdə Hoqvartsdan məktəb xaricində sehr istifadə etdiyi üçün qovmaq məqsədilə iki Ruh Əmici yerləşdirdi. Harrinin duruşması sırasında Ambriç, Harrinin Ruh Əmicilər onu və Dudlini qalıcı olaraq hərəkətsiz hala gətirmək əsnasında sadəcə Patronus Sehri istifadə etdiyi, və məhkəməyə çıxanda, Ambriç bu gerçəyi onu gözden düşürmək məqsədilə istifadə etməyə çalışdı. Sonunda, Ambriç, Fudge və məhkəmənin bir neçə seçgin üzvü məhkumiyyət üçün səs verildi, ancaq Harri bütün günahlardan bəraət qazandı.

Hoqvartsdakı vəkilliyi

[redaktə | mənbəni redaktə et]

Duruşmadan sonra, Sehr Nazirliyi Ambriçi Hoqvartsdakı Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq qoydu və Nazirliyin Hoqvartsdakı fəaliyyətləri və özəlliklə Müdir Albus Dambldoru izləməsinə icazə verdi. Fudge, Dambldorun Nazir olaraq mövqeyini aşırmağa çalışdığı və bunu etmək üçün tələbələri istifadə etdiyi düşüncəsi ilə paranoyakdı. Nəticə olaraq Ambriç, tələbələrə hər hansı bir döyüş sehri öyrətməyi rədd etdi və məktəbə geri dönməsini, məktəbi sırasında ona hər hansı bir cavabdehlik verməyi rədd edən insanlar üzərində güc qazanmaq üçün bir fürsər olaraq gördü. Ambriç, Dambldoru pis bir şəkildə yarıda kəsib tələbələrlə sanki yeni addım atmağa başlayan uşaqlar kimi alçaltmağı bir şəkildə danışdığı Dönəm Başlanğıcı Bayramında Hoqvarts tələbələri üstündə olumsuz bir izlənim qoyaraq başladı. Ambriç, Qaranlıq Sənətlərə Qarşı Müdafiə professoru olaraq tapşırığına baxmayaraq hər hansı bir praktik proqramı öyrətməyi rədd edərək Hoqvartsda yeni sehrlər öyrənən tələbələrə müdaxilə etməyə də başladı. Nazirlik tərəfindən susdurulmaq istənən Voldemortun görünürdəki dönüşü nədəni ilə Harri, Ron Uizli, Hermiona QreyncerDin Tomas kimi tələbələr Ambriçin nəzəri proqramlar fikrindəki israrına açıqca qarşı çıxmağa başladılar. Harrinin Ambriçin sinfində, Voldemortun dönüşündə olması və Sedrik Diqorinin öldürülməsinə şahid olması nədəni ilə tez-tez etirazları, onun Ambriç ilə düşmən olmasına yol açdı və onu, ifadəyi yaralayan lənətli bir tük qələmi ilə ömürlük olaraq əlinə "Heç vaxt yalan danışmamalıyam" yazmağa zorladı. Ambriç gücünü, özünü məmnun etməyən hər hansı bir tələbəni dəyərləndirmək, təcavüz etmək vəya qovmaq üçün Hoqvarts "Yüksək İnkivizitor" olaraq atamaq üçün istifadə etdi, bu da onun ümumiyyətlə Format Dəyişdirmə professoru və Qrifindor Bina Naziri Minerva Maqqonaqal ilə çatışmasına nədən oldu. Ambriç, Qviddiç komandaların yaradann bürün tələbə qruplarını ləğv etdi. Sonunda Harri, Ron və Hermiona, Ambriçi etiraz etmək və tələbələrə müdafiə sehrlərini praktik bir şəkilde necə istifadə edəcəklərini öyrətmək üçün Dambldorun Ordusunu qurdular. Qrup, Hoqvartsda gizli bir otaq olan Ehtiyac Otağında toplanan gizli bir təşkilat idi. Harri, The Quibbler ilə Voldemortun dönüşünü mübahisə etdiyi bir reportaj verdikdən sonra Ambriç jurnalı qadağan etdi və Harrinin ayrıcalıqlarına məhdudiyyət qoydi. Ambriç ayrıca Kəhanət Professoru Sybill Trelawneyi işindən almağa çalışdı, ancaq Dambldorun müdaxiləsi nədəni ilə uğursuz oldu. Dambldor, Ambriçin yarımqan irqlərə olan nifrətinin fərqində olduğu üçün, daha sonra qəsdən Kentaur Firenzeyi yeni Kəhanət Professoru olaraq qoydu.

Dambldorun Ordusu sonunda Reyvnklou tələbəsi Marietta Edgecombe tərəfindən xəyanətə uğradı və Ambriç tərəfindən onları təslim etməzsə anasının Nazirlikdəki işini itirəcəyini təhdidi ilə təhdid edildi.

Nazirliyə dönüşü

[redaktə | mənbəni redaktə et]

Ambriç, Hoqvartsdan çıxarılmasının ardından yeni Nazir Rufus Scrimgeourun Baş Katibi olaraq Nazirliyə geri dönər. Nazirə Harrinin Sehrbaz olma istəyini bildirərək, bilərək Harriyə əziyyətt etməyə davam etdi. Harri, Ambriçin eyləmlərindən dolayı işindən alınmaması vəya tutulmaması nədəni ilə Scrimgeoura və Sehr Nazirliyinə güvənməyi rədd etdi. Daha sonra Ambriç, Dambldorun cənazəsində görüldü və sentorlarla qarşılaşmasıyla açıqca travma keçirən Firenzenin ortaya çıxması ilə təəcüübləndi. Voldemortun Sehr Nazirliyini ələ almasının ardından Ambriç, Maql doğumlu cadugərlərin və sehrbazların Maql Doğumlu Qeyd Komissiyası altında qeyd altına alınmasını ve qovuşdurulmasını nəzarət olundu. Ambriç, tapşırığında, Maql doğumlu cadugərləri və sehrbazları Ruh Əmicilərə məruz buraxacaq ve onları "gerçək cadugərlərdən və sehrbazlardan sehr oğurlamaq" günahları ilə Azkaban həbsxanasına göndərəcək qədər ağır günahlandırma etdi.

Voldemortun Harri tərəfindən məğlub olmasından və Nazirliyin yeni Nazir Kinqsley Shacklebolt tərəfindən yenidən qurulmasından sonra Ambriç, Maql doğumlulara qarşı işlədiyi günahlara görə Azkabanda ömür boyu həbs cəzası verildi.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]

1. Littlechild, Chris (22 iyun 2020). "Harry Potter: 10 Ways Umbridge Got Worse & Worse". Screenrant (İngiliscə). 26 iyun 2020 tarixində qaynağından arxivləndi. Giriş tarixi: 26 iyun 2020.

2. "Imelda Staunton still scares people after Harry Potter role". list.co.uk (İngiliscə). 24 iyun 2020. 26 iyun 2020 tarixində qaynağından arxivləndi. Giriş tarixi: 26 iyun 2020.

3."'Harry Potter' Star Hates Professor Umbridge, Just Like Everyone Else Does". EW.com (İngiliscə). 10 noyabr 2016 tarixində qaynağından arxivləndi. Giriş tarixi: 26 iyun 2020.

4. Rowling, JK. "Dolores Umbridge by J. K. Rowling". Wizard World (İngiliscə). 22 mart 2020 tarixində qaynağından arxivləndi. Giriş tarixi: 31 avqust 2020.