Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Fokida
Fokida və ya Fokis ( yun. Φωκίδα və ya Φωκίς) — Mərkəzi Yunanıstanda nom. Yupiterin peyki Avropa üzərindəki Fokida menderi onun şərəfinə adlandırılmışdır. Fokida İttifaqının mərkəzi idi. Eramızdan əvvəl 280-ci ildən sonra Fokida Etoliya İttifaqına qoşulmuşdur, lakin Fokida Liqası eramızdan əvvəl 146-cı ilə qədər mövcud olmağa davam etmişdir. Makedoniya və Axeya adlı yeni Roma əyalətlərinin yaranması ilə bütün Yunanıstan şəhər ittifaqları məhv edilmişdi, lakin bir müddət sonra romalıların razılığı ilə Fokida İttifaqı bərpa edilmişdi.
Dorida (okeanida)
Dorida (yun. Δωρίς) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, Nereyin arvadı və hereidlərin anası.
Delfi (Fokida)
Delfi (yun. Δελφοί) — Yunanıstanda qədim Delfi şəhərinin xarabalıqlarının yanında salınmış qəsəbə. Dəniz səviyyəsindən 632 metr yüksəklikdə, Parnasın cənub-qərb yamacında, Amfisadan 11 kilometr cənub-şərqdə, Levadiyadan 34 kilometr və Afinadan 121 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Fokida periferik vahidində eyniadlı icmanın (dima) tarixi mərkəzidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 854 nəfərdir. Qədim Delfi şəhərinin xarabalıqlarında Kastri kəndi mövcud idi. 1891-ci ildə Yunanıstan hökuməti qazıntı işləri aparmaq üçün fransızlara icazə verdi və kənd dağıdılmışdır.
Kira (Fokida)
Kira (yun. Κίρρα) — Yunanıstanda qədim Kirra şəhərinin yerində kiçik dənizkənarı şəhər. Dəniz səviyyəsindən 5 metr hündürlükdə, Korinf körfəzinin şimal sahilində, İteyadan 2 kilometr şərqdə, Delfidən 7 kilometr cənub-qərbdə, Amfisadan 12 kilometr cənub-şərqdə, Navpaktdan 53 kilometr şərqdə və Afinadan 123 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasındakı Fokida periferik vahidində Delfi icmasının (dim) bir hissəsidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 1,385 nəfərdir. Sahəsi 6,05 kvadrat kilometrdir. Fokidada yerləşən qədim Kirra şəhəri Delfi üçün liman kimi xidmət edirdi. Şəhərin adını pəri Kirranın adından aldığı güman edilir.
Əhməd Didat
Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner. Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi. Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür. Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.