Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikolay Bulqanin
Nikolay Aleksandroviç Bulqanin (11 iyun (30 may) 1895-ci il, Nijni Novqorod — 24 fevral 1975, Moskva) — SSRİ dövlət və hərbi xadimi, Sov. İKP Siyasi Bürosu üzvü (1948—1958), Sovet İttifaqı Marşalı (3 noyabr 1947, 26 noyabr 1958-ci ildə rütbədən məhrum edilib).
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur. Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Dolgin siyənəyi
Dolgin siyənəyi (lat. Alosa braschnikowi) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Orta və Cənubi Xəzərdə yayılıb. Buzaçi yarıçıxışının ətrafında və Prorva-Çilov dili adaları ətrafında da rast gəlinir. == Morfoloji əlamətləri == Digər siyənəklərlə müqayisədə iri olub uzunluğu 45-47 sm-ə çatır. Böyük ağzı vardır. Yuxarı çənə şaquli istiqamətdə gözün kənarlarına kimi uzanır. Dişləri yaxşı inkişaf edib. Belində 15-19 şüa üzgəci (ilk 3-4 şüa şaxəsizdir), anal 19-23 (ilk 3-4 şüa şaxəsizdir), yan xətt pulcuqlarının sayı 51-54-dür. Bədəni üstdən yaşıl rəngə çalır.
Dolqan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Dolğan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Mollanın Sərgüzəşti (1960)
== Məzmun == Film-felyeton din pərdəsi altında hər cür fırıldağa əl atan, dindarların hesabına qeyri-normal həyat tərzi keçirən "molla"nı ifşa edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Kəramət Tağıyev, Fərman Eyvazlı Quruluşçu rejissor: T. Sasanpur Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbudski (V. Zbudski kimi) Filmin direktoru: M. Axundov === Rollarda === Möhsün Sənani — Molla Fətəli Nəsibə Zeynalova — Gülsüm Törəxanım Zeynalova (Törə Zeynalova kimi) — qarı Əli Mənsur — Əli kişi Rima Məmmədova — qız Əli Zeynalov — sürücü M. Pirili H. Xəlqi Əkbər Fərzəliyev F. Məmmədov R. Kərimov İbrahim Azəri Sultanov == Mənbə == Əlizadə, M. “Mollanın sərgüzəşti” [kino] //Kommunist.- 1960.- 30 noyabr.
Polşanın sovet işğalı
Polşanın sovet işğalı (rus. советское вторжение в Польшу) — Fəhlə və Kəndli Qırmızı Ordusunun Polşa Respublikasının şərq bölgələrində keçirdiyi hərbi əməliyyat. Nəticədə Ukrayna və Belarus SSR-ə (Qərbi Ukrayna və Qərbi Belarusiya) və Litva (Vilnüs bölgəsinin bir hissəsi) SSRİ-yə birləşdirildi. Beləliklə, SSRİ ilə Nasist Almaniyası arasında Polşanın faktiki bölünməsi (bəzən "dördüncü bölgü" adlandırılan) həyata keçirildi ki, bu da Almaniya ilə SSRİ arasında Hücum etməmək Paktının Gizli Protokoluna uyğun gəlirdi. Əməliyyat Almaniyanın Polşaya hücumundan 16 gün sonra - 1939 -cu il sentyabrın 17 -də saat 03.15-də başladı və SSRİ tərəfindən Polşaya rəsmi müharibə elan edilmədi. Əməliyyatda Kalinin və Moskva hərbi dairələrinin bölmələri tərəfindən gücləndirilmiş Kiyev və Belarus hərbi dairələrinin birləşmələri iştirak etdi. İşğal və daha çox ilhaq ağır nəticələrə səbəb oldu: kütləvi həbslər, Katın qətliamı, xalqların deportasiyası, Stalin repressiyalarına məruz qalan əhalinin sayının əhəmiyyətli dərəcədə artması və s.
Reytan. Polşanın tənəzzülü
Reytan. Polşanın tənəzzülü (pol. Rejtan – upadek Polsk) — rəssam Yan Mateykonun rəsmi.
Bu oğlanın həyatı
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Mollanın sərgüzəşti (film, 1960)
== Məzmun == Film-felyeton din pərdəsi altında hər cür fırıldağa əl atan, dindarların hesabına qeyri-normal həyat tərzi keçirən "molla"nı ifşa edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Kəramət Tağıyev, Fərman Eyvazlı Quruluşçu rejissor: T. Sasanpur Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbudski (V. Zbudski kimi) Filmin direktoru: M. Axundov === Rollarda === Möhsün Sənani — Molla Fətəli Nəsibə Zeynalova — Gülsüm Törəxanım Zeynalova (Törə Zeynalova kimi) — qarı Əli Mənsur — Əli kişi Rima Məmmədova — qız Əli Zeynalov — sürücü M. Pirili H. Xəlqi Əkbər Fərzəliyev F. Məmmədov R. Kərimov İbrahim Azəri Sultanov == Mənbə == Əlizadə, M. “Mollanın sərgüzəşti” [kino] //Kommunist.- 1960.- 30 noyabr.
Polşanın işğalı (1939–1945)
Polşanın işğalı İkinci dünya müharibəsi dövründə (1939-1945) nasist Almaniyası və Sovet İttifaqı tərəfindən 1939-cu ilin sentyabrında Polşaya alman-sovet hücumu ilə başlamış və 1945-ci ilin mayında Almaniyanın müttəfiqlərə məğlub olması ilə rəsmən başa çatmışdır. İşğal dövründə Polşa mədəniyyətini məhv etmək, Polşa xalqını işğalçı alman və sovet qüvvələrinə tabe etmək üçün Polşa ərazisi nasist Almaniyası və Sovet İttifaqı (SSRİ) arasında bölündü.1939-cu ildə sovetlər tərəfindən işğal edilmiş Polşa torpaqları 1941-ci ilin yay-payız mövsümündə Almaniyanın SSRİ-yə müvəffəqiyyətli hücumu zamanı faşist Almaniyası tərəfindən ələ keçirildi. Bir neçə ilik mübarizədən sonra Qızıl Ordu alman işğalçılarını dayandıra və nasist ordusunu SSRİ-dən, Polşadan və Mərkəzi və Şərqi Avropanın yerdə qalan hissəsində qova bildi. Hər iki işğalçı tərəf Polşanın suverinliyinin, Polşa mədəniyyətinin, polyak xalqının mövcudluğu üçün eyni düşmən idi, bunları məhv etməyə çalışmışdı. Barbarossdan əvvəl nasist Almaniyası ilə Sovet İttifaqı öz aralarında Polşaya qarşı siyasi münasibətlərini müəyyənləşdirmişdilər. Daha çox diqqəti cəlb edən isə dörd Gestapo-NKVD konfransı idi. Hansı ki işğalçılar Polşa müqavimət hərakatı ilə necə mübarizə edilməsi və gələcəkdə Polşanın necə məhv edilməsi planlarını müzakirə etmişlər. Demək olar ki 6 milyon nəfər vətəndaş – Polşa əhalisinin 21,4 %-i, 1939-1945-ci illər arasında – Polşanın işğalı nəticəsəndə, həlak olmuşdur. Həlak olanların yarısını Polşa yəhudiləri təşkil edirdi. Həlak olanların 90 %-dən şoxu qeyri-hərbi itki idi.
Bu oğlanın həyatı (film)
Gənc oğlanın portreti (İrəvani)
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Taymır Dolqan-Nenes rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi — 879900 km², əhalisi — 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Polşanın kişilərdən ibarət milli basketbol komandası
Polşanın kişilərdən ibarət milli basketbol komandası — Polşanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 28 dəfə basketbol üzrə Avropa çempionatında və bir dəfə basketbol üzrə dünya çempionatında iştirak etmişdir, 1960-cı illərdə bu yarışlarda 2 bürünc və bir gümüş medal qazanmışdır. 1997-ci ildə Avropa çempionatında iştirakdan uzaqlaşmış, lakin 2007-ci ildə yenidən bu mötəbər turnirə qayıtmışdır. Polşa Basketbol İttifaqının rəhbərliyi altında çıxış edir. == Statistika == === Olimpiya oyunları === 1936-cı il yay Olimpiya oyunları. Basketbol 4-cü 1960-cı il yay Olimpiya oyunları. Basketbol 7-ci 1964-cü il yay Olimpiya oyunları. Basketbol 6-cı 1968-ci il yay Olimpiya oyunları. Basketbol 6-cı 1972-ci il yay Olimpiya oyunları. Basketbol 10-cu 1980-ci il yay Olimpiya oyunları.
Tarixi bölgənin əsas və hərbi tikililəri
Tarixi bölgənin əsas və hərbi tikililəri San-Antonionun, Texasın tarixi ərazisidir. 1979-cu ildə Tarixi Yerlərin Milli Reyestrində siyahıya alınmışdır. Sahə İspaniya qoşunlarının və Texas hərbi qubernatorunun yerləşdiyi köhnə Presidio San-Antonio de Bexar şəhərini əhatə edir. Buraya ayrı-ayrılıqda siyahıya alınmış, bir və ya bir neçə milli tarixi yerləri daxildir: İspaniya Qubernator Sarayı. Voqel Kəmər Tikinti Kompleksi.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur.