"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir.

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı

Ölkə
Tip yubiley medalı[d]
Təltif edir Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
Status təqdim olunur
Statistika
Təsis tarixi 14 iyul 2023

Tarixi və əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]

Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.[2]

Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər.

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenmedalları olduqda onlardan sonra taxılır.

Təsviri[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]

Medalın ümumi təsviri

  • "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur. Mavi rəngli zolağın üzərində "1993", yaşıl rəngli zolağın üzərində "2023" rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur. Dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublikası Prezidentinin" sözləri, aşağı hissəsində qövs boyunca "Təhlükəsizliyini təmin edən orqan" sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
  • Bütün yazılar və təsvirlər qabarıqdır. Yazılar tünd qızılı rəngdədir.

Medalın arxa tərəfi

  • Medalın arxa tərəfinin səthi hamardır, yuxarı hissəsindən başlayaraq açıq qızılı rəngdə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” sözləri yazılmışdır.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı yaşıl xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.
  • Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 4 avqust 2023. İstifadə tarixi: 31 avqust 2023.
  2. ""Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə". president.az. 4 avqust 2023. İstifadə tarixi: 31 avqust 2023.
  3. ""Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" (PDF). president.az. 14 iyul 2023. İstifadə tarixi: 31 avqust 2023.