Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolqotqa
Kolqotqa (çex. kalhoty, hərf. şalvar) və ya tumanlı corab — qadınlar tərəfindən istifadə edilən geyim növü. Bu geyim əsasən sintetik materialdan hazırlanır. Beldən ayaq barmaqlarına qədər bədənini örtən, dar ayaq geyimidir. Tumanlı corablar aşağıda qeyd olunan formalarda nəzərdə tutulub: Görünüşü cazibədar etmək, Ləkələr, qançırlar, çapıqlar, hörümçək damarları və ya varikoz damarları kimi fiziki xüsusiyyətləri gizlətmək , Dəriyə daha az solğun görünüş vermək , Görünən xətləri azaltmaq, Ayaqlar arasında sürtünməni asanlaşdırmaq . İki əsas məhsul qrupu var: şəffaf və ya qeyri-şəffaf. Sintetik corablar kimi, tumanlı corablarda sintetik materialdan və ya sintetiklə qarışdırılmış digər liflərdən hazırlanır. Moda kimi geyinilməklə yanaşı, bəzən Qərb ölkələrində qadınlar tərəfindən rəsmi geyimin bir hissəsi kimi geyinilir. Bundan əlavə, bəzi şirkətlər və təhsil müəssisələrinin uniformasının bir hissəsi kimi ətəklər və ya şortlar geyinilən zaman corab və ya taytların geyinilməsi tələb edilə bilər. Belə qədər əhatə edən tumanlı corab 1960-cı illərdə ortaya çıxdı və o vaxta qədər istifadə edilən sintetik corablara alternativ yaratdı .
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Dolqaya dili
Dolqaya dili — Balıqqulağəndan təşkil olunmuş, Azov dənizinin şərq sahillərində yerləşın, Yeysk yarımadasının bir hissəsini təşkil edən dil. Dolqaya dili Taqanroq körfəzini Azov dənizindən ayırır. Dolqaya dili Krasnodar diyarının təbiət abidəsi hesab edilir. Bura zəngin heyvan və bitki örtüyünə malikdir. == Xüsusiyyətləri == Dolqaya dili dinamik olaraq dəyişən coğrafi obyektdir. XXI əsrin əvvəllərində uzunluğu 9,5 km olduğu halda 60 il sonra uzunluğu 17 km çatmışdır. 1948—1953 illərdə su anbarının tikintisi ilə əlaqədar uzunluğu növbəti illərdə 3 km qədər azalmışdır. Son zamanlar Taqanqoq körfəzi istiqamətdən qısalma müşahidə edilir. Sahilindəki çimərliklər üç metr olduğu halda sonucunda bu 10 metrə çatır. Dilin sturukturunə nəzər yetirdikdə molyusklardan təşkil olunduğunu müşşahidə etmək mümkündür.
Artemisia dolosa
Artemisia dolosa (lat. Artemisia dolosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Pyotr Dolqov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Osceola doliata triangula
Lampropeltis triangulum (lat. Lampropeltis triangulum) — lampropeltis cinsinə aid heyvan növü.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.