Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Anjela Doroqan
Anjela Doroqan (d. 2 noyabr 1989; Kişinyov, Moldova) — Azərbaycanı təmsil edən Moldova əsilli qadın güləşçi. Anjela Doroqan 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi və qızıl medal qazandı. == Həyatı == Anjela Doroqan 2 noyabr 1989-cu ildə Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olub. == Karyerası == Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı. Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı.
Cöhögöy Toyun
Cöhögöy Toyun — Saxa türk mifologiyası-nda onların artımına imkan yaradan atların və buynuzlu mal-qaranın himayəçi ilahisidir. Ayığ dərəcəsinə aiddir. Bəzi miflərdə Kainat yaradıcısı Ayığ Xan-ın kiçik qardaşıdır. Ya insan ya da kişnəyən ayğır obrazında təsvir edilir. İnsanlara atlar göndərir amma əgər qəzəblənsə onları geri ala da bilir. A. İ. Qoqolevanın fikrincə, Saxa türklərin mifologiyasında Cöhögöy Toyun ilə günəş kultu arasında əlaqəsi aydın görünür və eyni zamanda onda ilahi atın günəş mənşəyi haqqında mərkəzi asiya mifi var. Saxa türklərin təsəvvürlərinə görə dördüncü səmada yaşayır. Görülən səmanın cənub-şərq, qış günəşi çıxan hissəsindədir. Onun taxta evi altıguşəli formalıdır və bayırdan ağ at dərisi ilə üzlənmişdir.
Dordoy Bişkek FK
Dordoy Bişkek FK — Qırğızıstanın Bişkek şəhərini təmsil edən futbol klubu. == Tarixi == 2007-ci il martın 3-də tarixində ilk rəsmi matçın onilliyini qeyd edən komanda dağılmış paytaxt klubu "Semetey"in oyunçularından qurulmuşdu.[mənbə göstərin] Biznesmen Askar Salımbekovun təsis etdiyi klub birinci dəstədə "Alqa-SKA"nı 1:0 yenməklə debüt etdi. İkinci cəhddən elita arzusu gerçəkləşən Narın təmsilçisi 1999-cu ildə güclülər sırasında debütünü 5-ci yerdə bitirdi. Əslən Narın şəhərindən olan ölkə çempionatları tarixinin ən yaxşı qolçusu Zamirbek Jumaqulovun 2000-ci ildə komandaya gəlişi heç nəyi dəyişmədi – 6-cı yer. Qolçular sırasında üçüncü olan forvard növbəti mövsüm həm özü bu pillədə qaldı, həm də "Dordoy" ilk mükafatına – "bürünc"ə qovuşdu. 2002 və 2003-cü illərdə Mixail Tyaqusovun rəhbərliyi altında daha iki bürünc qazanıldı. Hər iki mövsümdə ikinci qolçu olan Zamirbek isə 2002-nin ən yaxşı futbolçusu da seçildi. İldən-ilə heyəti güclənən komanda həm də irəli addımlayırdı. 2004-cü il əlamətdar hadisələrlə başladı. Hələ SSRİ dönəmində Əlcəzairdə çalışdırdığı klubu çempion edən Boris Podkorıtov komandaya dəvət olundu.
DruGOY Filip Kirkorov albom
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==