Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dorema
Dorema (lat. Dorema) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Dorema glabrum
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Çılpaq dorema
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Yuliya Domna
Yuliya Domna (ən tezi 158 və ən geci 170, Homs[…] – 217[…], Antioxiya[…]) — Roma imperatoru Septimi Severin həyat yoldaşı, Roma imperatorları Karakalla və Getanın anası. Yuliya Domna Emesa (indiki Homs, Suriya) şəhərində anadan olub və onun əcdadları, o cümlədən atası ellinləşmiş suriyalılardan olan Roma tələbəsi Yuli Bassian yerli ilah Elaqabala (tərcümədə "Dağın sahibi") xidmət edən kahin idi. Bu ilaha qurbanlar onun bütü yanında deyil, göydən düşən meteorit olduğu ehtimal edilən konusvari qara daşın yanında gətirilirdi. Yulia Domna ailənin kiçiyi idi və onun Yulia Mesa adlı böyük bacısı da var idi. 182-ci ildən başlayaraq Septimi Sever Suriyada yerləşdirilmiş IV "Skif" Legionuna rəhbərlik edirdi. Çox güman ki, elə burada o gələcək həyat yoldaşı Yuliya ilə tanış olmuşdu. 185-ci ildə Septimi Sever Lunqdun (indiki Lion) Qalliyasına canişin təyin edildi. Elə bu illərdə, onun birinci həyat yoldaşı Pakkiya Marsiana vəfat etdi və o yeni evlilik haqqında düşünməyə başladı. 187-ci ildə o Yuliya Domna ilə evləndi. Müasirləri Septimi Severin seçimini təəccüblə qarşıladılar.
Domna Visvizi
Domna Visvizi (yun. Δόμνα Βισβίζη; 1783, Enos[d] – 1850, Pirey) — Yunanıstan İstiqlaliyyət müharibəsi və donanması qəhrəmanı. == Enos == Domna Visvizi 1783-cü ildə Şərqi Frakiyanın Enos şəhərində anadan olub. O, varlı ailənin övladı olub. 1808-ci ildə həmyerlisi, gəmi sahibi Antonis Visvizi ilə evlənib. Visvizi cütlüyünün beş övladı olub. Antonis Visvizi, gizli Yunan inqilabi təşkilatı Filiki Eteriyaya xidmət edirdi. Visvizi cütlüyünün inqilabi fəaliyyəti, 1821-ci il mayın 5-də, üsyançı Psara adasının gəmiləri Enosa yaxınlaşıb, şəhər qalasını mühasirəyə alanda başladı. Cütlük dərhal ən böyük ticarət gəmisi Kalomira briqadasını silahla təchiz etdi. Üsyançılar qalanı ələ keçirdilər.
Domna Mixailidu
Domna Mariya Mixailidu (yun. Δόμνα Μιχαηλίδου; 13 noyabr 1987, Pirey) — Yunanıstan iqtisadçısı və siyasətçisi, Kiriakos Mitsotakisin ikinci kabinetində əmək və sosial müdafiə naziri.
Populus tremula var. dodeana
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.