Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dota 2
Dota 2 (ing. Defence of the Ancients 2 — "Qədimlərin Qorunması 2") — Valve tərəfindən yayımlanan (Steam vasitəsilə) və IceFrog tərəfindən hazırlanan RTS (real vaxt strategiya) oyunudur. Oyunun orijinalı "Eul" tərəfindən 2003-cü ildə World of Warcraft xəritəsi olaraq yayınlanıb. İnkişaf etdirilməsi / yenilənməsi Warcraft III: Frozen Throne üzərindən edilmişdir. Oyun MOBA (Online çoxnəfərlik döyüş arenası) janrının ilk nümunəsidir. Dota 2 çox oyunçulu onlayn savaş arenası videooyundu. Bu oyunda əsas məqsəd, 5 nəfərdən təşkil olunmuş komandalar bir-birilərin "Ancient" deyilən qalaları dağıtmalıdılar. Burada xəritə 2D funksiyasında təbliğ olunur və bu oyunda 116 karakter mövcuddur, hansında oyunçular qarşıdakı komandanın seçdiyi oyunçuya uygun oyuçu seçir. == Oyun == 9 iyul 2013 tarixində çıxan "Dota 2" oynaması pulsuz bir oyundur və Steam üzərindən oynanılır. == Qəhrəmanlar == Qəhrəman — oyun içərisində oyunçu tərəfindən idarə edilən xarakterlərə verilən addır.
Dola mənə qolunu (mahnı)
Bobla
Bobla — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 134 nəfərdir. == Tarixi == Bobla Lerik rayonunun Dəstər inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisindəki Bobla türbəsi pir hesab edilir. Kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə (Şək.) komponentlərindən düzəlmiş bu oykonim "pir yeri" mənasındadır.
Cotula
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Cotyla
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Datlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Domlar
Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu. == Mədəniyyət == Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir. Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar. Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur. == Yayılması == Ümumi əhalisi təxminən 2.2 milyondur.
Domra
Domra (rus. до́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Donia
Grindelia (lat. Grindelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "doqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Botlar
Botlar (lat. Bothidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Donda
Donda — amerikalı repçi Kanye Vestin onuncu studiya albomu. 29 avqust 2021-ci ildə GOOD Music və Def Jam Recordings tərəfindən buraxılıb.
Doria
Othonna (lat. Othonna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aristotela Adans. Calthoides B.Juss. ex DC. Ceradia Lindl. Doria Thunb.
Anthemis cotula subsp. cotula
Anthemis cotula (lat. Anthemis cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Anthemis cotula var. cotula cotula Anthemis cotula subsp. cotula cotula Anthemis cotula subsp. psorosperma (Ten.) Arcang. Anthemis foetida Lam. Anthemis foetida var. foetida foetida Anthemis psorosperma Ten. Anthemis ramosa Link ex Spreng.
Anthemis cotula var. cotula
Anthemis cotula (lat. Anthemis cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Anthemis cotula var. cotula cotula Anthemis cotula subsp. cotula cotula Anthemis cotula subsp. psorosperma (Ten.) Arcang. Anthemis foetida Lam. Anthemis foetida var. foetida foetida Anthemis psorosperma Ten. Anthemis ramosa Link ex Spreng.
Maruta cotula var. cotula
Anthemis cotula (lat. Anthemis cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Anthemis cotula var. cotula cotula Anthemis cotula subsp. cotula cotula Anthemis cotula subsp. psorosperma (Ten.) Arcang. Anthemis foetida Lam. Anthemis foetida var. foetida foetida Anthemis psorosperma Ten. Anthemis ramosa Link ex Spreng.
Döşlə münasibət
Döşlə münasibət — kişinin cinsiyyət orqanını qarşı cinsin sinəsi arasına qoyaraq stimullaşdırmaqla baş verən cinsi münasibət növü. Bu cinsi əlaqə növündə HİV-ə yoluxma riski çox aşağıdır. Klifford Allen tərəfindən azğınlıq kimi müəyyən edilən bu münasibət növü Freyd tərəfindən normal seksin hüdudlarında təsnif edilmişdir. Qadınlarda olduğu kimi kişilərdə də orqazma səbəb ola bilər. == Tətbiqi == Ereksiya vəziyyətində olan penis qarşı cinsin sinəsi arasına yerləşdirilir və irəli-geri hərəkətə başlanılır. Bundan əlavə, o da, öz növbəsində sinəsini yuxarı-aşağı hərəkət etdirərək əlaqəni idarə edə bilər. Hər ikisi münasibəti kişi boşalana qədər davam etdirilə bilər. == Slenq terminlər == Bu münasibət növünün bir sıra slenq adları da mövcuddur: Yaponiyada Paizuri ABŞ-da Titty-fucking, titjob yaxud da titfuck Böyük Britaniyada Tit wank yaxud da French fuck – sonuncu adlandırma 1930-cu illərdən meydana gəlmişdir. Daha zarafatcıl ekvivalenti isə sinə zolağından aşağı səyahətdir (trip down mammary lane) == Əlavə ədəbiyyat == Bacarr, Jina. The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated).
Kurmancan Datka
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. == Həyatı == Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.