Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دوميدومي / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu.
Dom olan bir kişinin portreti (1860-cı illər) |
Ümumi sayı |
---|
2,158,400 (Təxmini[1]) |
Yaşadığı ərazilər |
Orta Şərq və Şimali Afrika |
Dili |
Domari dili, Fars dili, Ərəb dili (həmçinin müxtəlif ləhçələr), Azərbaycan dili, Kürd dili, Türk dili, Puştu dili, Süryani dili, İvrit dili |
Dini |
Qohum xalqlar |
Qaraçılar, Lomlar, Dombalar, digər Hind-Ari xalqları |
Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir.[2][3]
Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir.[4] Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar.[5]
Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur.
Ümumi əhalisi təxminən 2.2 milyondur. Əksəriyyəti Türkiyədə[6], Misirdə[7], İranda[8] və İraqda[9] yaşayır. Liviya, Tunis, Əlcəzair, Mərakeş, Sudan, İordaniya, Suriya və başqa Orta Şərq və Şimali Afrika ölkələrində daha kiçik həcmli dom icması mövcuddur. Azərbaycanda təxminən 1000-ə yaxın Dom yaşamaqdadır.[10][11][12]
Domların ümumi sayları bilinmir çunki bəzi domlar əhali siyahıyalmalardan çıxarılmışdır və bəziləri isə öz milliyyətlərini adlandırarkən dom yerinə milli terminlərdən istifadə edirlər. İndiki vaxtda, daha böyük cəmiyyətlərinin suveren dillərini danışırlar, ancaq milli dilləri olan Domari, daha çox kiçik həcmli icmalar tərəfindən danışılır. İranlılar onlara "xaricilər" mənasını verən qurbati və ya koul adlandırılırlar.
İordaniyada Domlar/Qaraçıların böyük bir icması var. Tədqiqatçılar, "etnik identikliklərini gizlədərək Ərəb irqçiliyi ilə uyğunlaşırlar" deyirlər, çünki domların əsl identiklikləri aşkar olunduqda ərəb cəmiyyətinə qəbul edilməyəcəklər.[13] İranda Dom əsilli bir başqa qrup da, Lorilərdir. Lorilər cənub-şərqi İranın Bəluc bölgələrində yaşayırlar.
Milliyətcə azərbaycanlı olan İran müğənnisi və aktrisası Ququş, "Koeli" adlı bir mahnı bəstələmişdir. Bu mahnıda İranın qaraçı xalqı olan domlardan bəhs edilir.