Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Datolit
Datolit – CaB [SiO4] (OH) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, çox vaxt yaşılımtıl çalarlı ağ, zeytunu - yaşıl, açıq- və bal kimi -sarı, bəzən qırmızımtıl, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ, açıq-boz; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,9-3,0; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: üzlərlə zəngin qısaprizmatik, lövhə- və pazvari, izometrik; Mineral aqreqatları: aydındənəvər və gizlikristallik bütöv kütlələr, salxım şəkilli radial-şüalı əmələgəlmələr–botriolitlər, kiçik kristal druzaları, fırçalar, qaysaqlar. == Mənşəyi və yayılması == Mineralın ən böyük yığınları skarn və skarnoidlərlə əlaqədar olub, vollastonitin hidrotermal əvəzlənməsi nəticəsində yaranan gec əmələgəlmələrdir. Çox vaxt badamdaş effuziv süxurların boşluqlarında müşahidə edilir. Bəzi intruziv süxurlarda (qabbro, diorit və b.), hidrotermal filiz yataqlarında, duz yataqlarının gips papaqlarında, çökmə və metamorfik (kalsifirlər, şistlər və s.) əmələgəlmələrdə damarcıq və püruzlar şəklində iştirak edir. Birlikdə rast gəldiyi minerallar: prenit, seolitlər, kalsit, danburit, vezuvian, aksinit, vollastonit, hedenbergit, anhidrit, xalsedon və b. Mineralın tapıldığı yerlər: Arendal (Norveç); Sankt-Andreasberq (Almaniya); Trentino vilayəti (İtaliya); Bağçasaray rayonu və Qaradağ dağı (Krım); Turyin mədənləri, Tetyuxe, Aldan rayonu (Rusiya); Orta Asiya; Akatame, Şişibu (Yaponiya); Kivenaç, Meriden, Xourvel (ABŞ) və b. Azərbaycanda Naxçıvan MR-nın Culfa rayonunda yerləşən bir sıra bor təzahürlərində (Berdıq-Qazançı, Əlincəçay və b.), həmçinin Tutqunçay hövzəsində və s. qeyd edilmişdir.
Diotomit
Diatomit Diatomit — Torpaq, yosun, çöküntü, qaya, açıq boz və ya sarımtıl rəngli, adətən boş və ya zəif sementlənmiş müxtəlif miqdarda orqanik strukturları olan mineraldir. Kimyəvi diotomitin 96%-ni sulu silisium(opal)təşkil edir. Diotomit turşuları adsorbsiya etmək, aşağı istilik və səs keçiriciliyi yüksək olan məsaməliyə malikdir. == Xüsusiyyətlər == Diatomitlərdə çoxlu sayda məsamələr var. Xammal strukturunda mikroskopik hava boşluqları kərpicdə mükəmməl istilik izolyasiya xüsusiyyətlərini təmin edir. Kimyəvi tərkibi SiO2−76,6%, Al2O3−7,52%, Fe2O3−1,53%, CaO-1,4%, MgO-1,25%, SO3−0,13%. Diatomitden dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə olunur. Gözənəkli quruluşa, yuksək fiziki və mexaniki xüsusiyyətlərə malik olması, ucuz başa gəlməsi diatomiti geniş şəkildə istifadə etməyə imkan verir. Sorbent, katalizator və onların daşıyıcıları, eləcədə filtrasiya prosesində doldurucu kimi istifadə olunur. == Tətbiqi == Diatomitlərin kərpic istehsalı üçün xammal kimi istifadə edilməsi, həmşinin qida sənayesində təmizləmə üçün filtrlər kimi, tibbi kosmetika, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə edilir.
Dolomit
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Dəmir-, manqan- və qurğuşunlu dolomitlər. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər. == Mənşəyi və yayılması == Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir.