Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Cohor
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Donor
Donor (lat. donor, donodan — "bağışlayıram") — aksepter və resipient adlanan obyektə nə isə verən obyekt . Məsələn, kimyada elektronların donoru atomlardır. Tibbdə bir nəfərin digər nəfər öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Donor (fizika) — qarışıq tipi.
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. == İstinadlar == == Əlavə ədəbiyyat == Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Dodo
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Ovod
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Dono
Vahco Sardono (30 sentyabr 1951, Surakarta, Mərkəzi Yava – 30 dekabr 2001, Cakarta) — Dono və ya Dono Warkop adı ilə tanınan İndoneziya aktyoru və komediyaçı. O, "Warkop" komediya qrupunun üzvü idi. Dono karyerasına İndoneziya Universitetində təhsil aldığı illərdə başlamışdır. Təhsilini başa vurduqdan sonra Dono 1980–1995-ci illərdə "Warkop" qrupu ilə birlikdə 34 komediya filmində rol aldıqdan sonra məşhurlaşmışdır. O, ömrünün sonunadək kütləvi informasiya vasitələrində sosial mövzularda məqalələr və bir neçə roman yazmaqla məşğul olmuşdur. Dono 2001-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir.
Bohol adası
Bohol adası (taqal Bohol) — Filippinnin sahəsinə görə onuncu ən böyük adası. İnzibati baxımdan eyni adlı vilayətə daxildir. == Coğrafiyası == Sebu adasından cənub-şərqdə, Leyte adasından isə cənub-qərbdə yerləşir. Mindanao adasından eyni adlı dənizlə ayrılır (bəzən bu dənizə Bohol dənizidə deyilir.) Adanın sahəsi 3269 km², sahil xətdinin uzunluğu — 261 km-dir. Əhalisi — 1 255 128 nəfərdir (2010 il). İnzibati mərkəzi Taqbilaran şəhəridir (Tagbilaran). == İqlimi == Bisay adalının şimalına daxil olan Luson adası kimi tayfunların təsirinə məruz qalır. Hava əsasən il boyü rütübətlidir. Leyte və Samar adalarında olan dağlar tayfunların fəaliyyətini nisbətən zəiflədir. Noyabrdan aprelə qədər adanın şimal-şərqi mussonların (amihan) təsirinə məruz qalır.
Bohot nunatakı
Bohot nunatakı (bolq. Бохотски нунатак, ‘Bohotski Nunatak’ \'bo-hot-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1120 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir. Nunatak şimali Bolqarıstanda yerləşən Bohot şəhərinin adını daşıyır. == Yerləşməsi == Bohot nunatakı 77°23′37″ c. e. 85°34′32″ q. u. koordinatlarında yerləşmişdir. Veems dağından 13.7 km şimal-şərqdə, Pastroqor zirvəsindən 10.93 km şərqdə, Lanz zirvəsindən 15.96 km cənub-şərqdə, Ostruşa nunatakından 5.27 km şimal-qərbdə yerləşmişdir.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Cohor boğazı
Cohor boğazı — Cənub Şərqi Asiya bölgəsində Sinqapur adasını (cənub), Malayziyanın Cohor vilayətindən ayırır. Vilayəti Sinqapurla birləşdirən damba tipli körpü inşa edilmişdir. Bu da boğazı iki hissəyə ayırır. Üstəlik əlavə körpü də fəaliyyət göstərir. Gələcəkdə dambanın körpü ilə əvəzlənməsi planlaşdırılır. Cənubi Çin dənizini Hind okeanı ilə birləşdirir.
Dornod vilayəti
== Ərazisi == 1941-ci ildə yaradılan Dornod vilayətinin ərazisi 123 597 Km2-dır. Dornod vilayətinə 14 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Dornod vilayətinin əhalisi 76 507 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Dozor-B
Dozor-B (uk Дозор-Б) — Ukrayna müdafiə sənayesinin məhsulu zirehli personal daşıyıcısı. == Ümumi məlumat == 4×4 təkər formuluna malik “Dozor-B” xüsusi təyinatlıların əməliyyatlarında personal daşıyıcı olaraq istifadə edilir. “Dozor-B” kəşfiyyat, sanitar və komanda nəzarət zirehli nəqliyyatı olaraq da istifadə edilir. Transportyorun zirehi 7.62 mm-lik pulemyotun mərmilərinə, qəlpələrə, bəzi minalara və kimyəvi hücuma qarşı qorumanı təmin edir. Ukrayna 2016-cı ilin aprelində “Dozor-B” zirehli maşınını gecikmə, səhv istehsal və büdcə azlığı səbəbiylə ləğv etmişdir. “Dozor-B” maşının istehsalı tamamlandıqdan sonra, Ukrayna Ordusunun silahlanmasına daxil ediləcək.
Lohid adası
Lohid adası ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının cənub-qərb hissəsində, Ellef-Rinqnes, Baterst, Melvil, Makkenzi-Kral böyük adaları arasında yerləşən Şahzadə Qustav Adolf dənizinin mərkəzində yerləşir. Ellef-Rinqnes adası Lohid adasından 68 km şimal-şərqdə (Makleyn boğazı vasitəsilə), Baterst adasının sahil qrupuna daxil olan Kameron adası 51 km cənubda (Desbarat boğazı vasitəsilə), Melvil adası 94 km məsafədə yerləşir. Makkenzi-Kral 95 km şimal-şərqdə (Hazen boğazı vasitəsilə) və Kral-Kristian adası 67 km şimal-şərqdə yerləşir. Adanın sahəsi 1308 km²-dir. Sahil xəttinin uzunluğu 246 km-dir. Adanın uzanmış forması var, uzunluğu 82 km, maksimum eni 28 km-dir (cənub hissəsində). Adanın relyefi əsasən alçaqdır və alçaq sahil zolağından adanın daxili hissəsində hündürlüyü 60-110 metr olan yuvarlanan düzənliyə qədər yüksəlir.
İqor Dodon
İqor Nikolayeviç Dodon, (mold. Игорь Николаевич Додон, 18 fevral 1975) — Moldova Respublikası Sosialistlər Partiyasının sədri, Moldova Respublikası Parlamentinin deputatı, iqtisad elmləri doktoru. 13 noyabr 2016-cı tarixində Moldova prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının 5-ci Prezidenti seçilib. 1999-cu ildən Qalina Dodonla evlidir. Ailənin üç oğlu var: Boqdan, Vlad və Nikolay.
Şomod (medye)
Şomod (mac. Somogy megye, xorv. Šomođska županija; sloven. Šomodska županija, alm. Komitat Schomodei‎ ) — Macarıstanın inzibati ərazi bölgüsü. Şomod medyesi Macarıstanın cənub-qərbində, Xorvatiya ilə sərhəddə yerləşir. Drava çayının və Balaton gölünün cənub sahili boyunca uzanır. Macarıstanın Zala, Vesprem, Feyer, Tolna və Baranya medyeləri ilə qonşudur. Ölkənin ən sıx əhalisi olan medyesidir. Paytaxtı Kapoşvar şəhəridir.
Şomod medyesi
Şomod (mac. Somogy megye, xorv. Šomođska županija; sloven. Šomodska županija, alm. Komitat Schomodei‎ ) — Macarıstanın inzibati ərazi bölgüsü. Şomod medyesi Macarıstanın cənub-qərbində, Xorvatiya ilə sərhəddə yerləşir. Drava çayının və Balaton gölünün cənub sahili boyunca uzanır. Macarıstanın Zala, Vesprem, Feyer, Tolna və Baranya medyeləri ilə qonşudur. Ölkənin ən sıx əhalisi olan medyesidir. Paytaxtı Kapoşvar şəhəridir.