Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Braunit
Braunit — mineral, Mn2+ Mn63+ [O8| SiO4] == Haqqında == Braunit lonqbanit ilə dimorfdur. Mn qismən Fe3+-lə əvəz olunur. Qatışıqları Ba, Ca və Mg. Tetraedr. Kristaları dipiramidal, psevdooktaedrik, prizmatik, pazabənzər. İkiləşmə {112} üzrə. Ayrılma {101} üzrə mü­kəm­məl. Aqreqat: dənəvər. Rəngi poladı-boz, qəhvəyi-qara və qara. Cizgisi qonuru-qara.
Tranzit
Tranzit (iqtisadiyyat) — iqtisadiyyatın bir qolu. Tranzit (internet) — internetin bir qolu. Tranzit (nəqliyyat) — sərnişin və ya yüklərin bir ölkədən digərinə arılıq ölkədən daşınması. Tranzit (astronomiya) — müəyyən bir nöqtədən baxarkən bir fəza cisminin digərinin qarşısından keçməsi müşahidə olunan astronomik hadisələr Tranzit (politologiya) — siyasi rejimlər mövcud olan dövlətlərin demokratiyaya keçidi prosesi. Tranzit (FK) — Latviyanın Ventspils şəhərinin futbol klubu.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Ramnit
Ramnit, Windows istifadəçilərinə təsir edən kompüter qurdudur . Onun 2011-ci ilin sentyabr-dekabr ayları arasında 800 000 Windows kompüterinə yoluxduğu təxmin edilirdi Ramnit botneti 2015-ci ildə Europol və Symantec tərəfindən söküldü 2015-ci ildə ən yüksək göstərici olaraq Ramnit-in 3.200.000 kompüterə yoluxduğu təxmin edilirdi. Ramnit USB sürücülər kimi çıxarıla bilən mediaya yoluxur və həmçinin özünü əsas yükləmə qeydində gizlədir. Kompüterə yoluxan kimi o, özünü bütün əlavə və çıxarıla bilən disklərə kopyalayır. O, həmçinin .exe, .dll, .htm və .html uzantıları olan faylları axtarır və yoluxdurur.
Tranzit (iqtisadiyyat)
Tranzit —
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Raznıe adaları
Raznıe adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. Kara dənizini ərazisində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 1 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. Böyük ada 1,7 km uzunluğa və 650 m enə malikdir. Kiçik ada isə 600 m uzunluğa və 250 m enə malikdir. Ən hündür nöqtəsi 11 metrdir. Bu yüksəklik Boyük adada yerləşir. Digər adada isə yüksəklik yoxdur.
Ramiz Drazi
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.