Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Drahmin (Mortal Kombat)
Drahmin (ing. Drahmin) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Drahminin başında olan artefakt ona güc qazandırır. Drahmin "Mortal Kombat: Deadly Alliance" seriyasında peyda olur. Drahmin Şanq Tsunq ilə birlik bağlayır. Bu birliyə Skorpion mane olsa da, onlarla bacara bilmir. Edeniya kraterində döyüşdə "Qaranlıq ordusu" tərkibində başqa döyüşçülərlə birlikdə yox olur.
České dráhy
Çexiya Dəmir Yolları (çex. České dráhy, a.s., ČD) — Çexiyanın sərnişin daşıma üzrə dəmir yolu operatoru olan şirkət. Çexoslovakiyanın süqutu və Çexslovakiya Dəmir Yollarının (çex. Československé státní dráhy) parçalanmasından sonra meydana gəlmişdir. Beynəlxalq Dəmir Yolu Birliyinin (Çexiya üçün UIC-nin ölkə Kodu 54), Avropa Dəmir Yolları Birliyi və Dəmiryolları Əməkdaşlıq Təşkilatının (Asiya və Avropa) üzvüdür. İyirmi dörd min işçisi ilə işçilərin sayına görə ən böyük çex şirkətidir. Ölkədə dəmir yollarının uzunluğu 9 441 km-dir. Üstəlik 96 km uzunluğa malik ensiz dəmiryolu xətti belə vardır. Dəmir yolunun reyslər arasındakı genişliyi 1 435 mm-dir. Lokomativ parkına dizel mühərriki və elektrikli mühərriklə işləyən qatarlar daxildir.