Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dusenia patagonica
Duseniella (lat. Duseniella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Duseniella patagonica (O.Hoffm.) K.Schum. Sinonim Dusenia patagonica O.Hoffm. Duseniella bicolor Suess.
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.