Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hiroko Kimura
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe, 10 may 1933, Kobe – 9 mart 2023, Tokio) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur. == Həyatı və karyerası == === Səhnə === 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir.Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir. === Siyasət === 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir. 1994-cü ildə Yeni Cəbhə Partiyasına qoşulmuşdur.
Qay Appuley Diokl
Qay Appuley Diokl (lat. Gaius Appuleius Diocles 104-146) — Bəşəriyyət tarixində bütün zəmanələrin və xalqların ən gəlirli idmançısı. == Həyatı == II əsrdə Romada yaşamış Qay Appuley Diokl bütün zəmanələrin və xalqların ən gəlirli idmançısı sayılır. O, idman həyatı boyu hazırda 15 milyard dollara bərabər olan qazanc əldə edib. Bununla da Qay Appuley Diokl müasir idmançılar arasında ilk dəfə 2009-cu ildə 1 milyard dollar qazanan məşhur qolfçu Tayger Vudsu da geridə qoyur. Qay Appuley Diokl o dövrün ən iri stadionunda - "Böyük sirk" ("Sirkus maksimus") cıdır meydanında cəng arabaları yarışlarının ən fəal iştirakçılarından sayılırdı. Romada idman karyerasına 18 yaşında başlayıb, əslən müasir Portuqaliyadan olan cəng arabaçısının idman həyatı 42 yaşınadək davam edib. Bu müddət ərzində əldə etdiyi qələbələr ona 35 milyon 863 min 120 sestersiya qazanc gətirib. Bütün Roma ordusunun iki aylıq məvacibi olan həmin məbləğ cəng arabası yarışları çempionun qazıntılar zamanı aşkar edilmiş abidəsinə həkk edilib. Bu abidəni Qay Appuley Dioklun şərəfinə onun azarkeşləri ucaltmışdılar.