Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinamit
Dinamit — Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat, mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Duravia
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Dravid dilləri
Dravid dil ailəsi — özündə 16 dili birləşdirərək 4 budağa ayrılır. Bunlar dravid, andxra, Mərkəzi hind və Şimal-qərb budaqlarıdır. Dravidin ən böyük dilləri: tamil, malayyali və kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı brahui dilidir ki, bu dildə əsasən şimal-qərbi Hindistanda və Pakistanda danışırlar. == Mənbə == Андронов М.С. Дравидийские языки. М., 1965. -124 с. Krishnamurti, B., The Dravidian Languages, Cambridge University Press, 2003.
Milena Draviç
Milena Draviç (serb. Милена Дравић; 5 oktyabr 1940[…], Belqrad – 14 oktyabr 2018[…], Belqrad) — Yuqoslaviya və Serbiya teatr və kino aktrisası. == Həyatı == Uşaq ikən Milena rəqs, xüsusən də baletlə məşğul idi və 1959-cu ildə filmlərdə debütünu etmişdir. Gənc aktrisanın ilk uğuru "Lazımsız qadın" (1962) filmində iştirak etdikdən sonra gəldi. 1971-ci ildən Atelye 212 adlı Belqrad teatrında oynamağa başladı, burada Vedekind, Horvat, İonesko, Duşan Kovaçeviç və digər məşhur dramaturqların pyeslərində rol aldı. Üç dəfə ailə qurmuşdu. Aktrisanın üçüncü əri serbiyalı aktyor Draqan Nikoliç oldu. Yuqoslaviya və Serbiya kinosunun 78 yaşlı ulduzu 14 oktyabr 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etdi.
Sıravi Əhməd
Sıravi Əhməd — Xədicə Abbasovanın albomundan olan mahnı. Mahnının musiqisi Emin Sabitoğluna, sözləri isə Rüfət Əhmədzadəyə aiddir. Mahnı Vəfa Quluzadənin sifarişi ilə yazılmışdır.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Davit İşxanyan
Davit İşxanyan (27 dekabr 1958, Heşan, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikası siyasətçisi. Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentidir. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin səlahiyyətlərini icra edib. == Həyatı == 2023-cü il avqustun 7-də İşxanyan Milli Assambleyanın prezidenti seçilib. Sentyabrın 1-də o, həm də sələfi Arayik Harutyunyanın istefasından sonra prezident səlahiyyətlərini icra etdi və bu vəzifəni 2023-cü ildə keçiriləcək prezident seçkilərinə qədər saxladı. Bu postda İşxanyandan sonra Samvel Şahramanyan keçəcəkdi.
Dravid dil ailəsi
Dravid dil ailəsi — özündə 16 dili birləşdirərək 4 budağa ayrılır. Bunlar dravid, andxra, Mərkəzi hind və Şimal-qərb budaqlarıdır. Dravidin ən böyük dilləri: tamil, malayyali və kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı brahui dilidir ki, bu dildə əsasən şimal-qərbi Hindistanda və Pakistanda danışırlar. == Mənbə == Андронов М.С. Дравидийские языки. М., 1965. -124 с. Krishnamurti, B., The Dravidian Languages, Cambridge University Press, 2003.
Sıravi Əhməd (mahnı)
Sıravi Əhməd — Xədicə Abbasovanın albomundan olan mahnı. Mahnının musiqisi Emin Sabitoğluna, sözləri isə Rüfət Əhmədzadəyə aiddir. Mahnı Vəfa Quluzadənin sifarişi ilə yazılmışdır.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Rayanı xilas etməli (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.