Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Evbeya
Evbeya (yun. Εύβοια) — Yunanıstanın Egey dənizində adası. Kritdən sonra ən böyük adası. Sahəsi 3,657 km², əhalisi 218,302 nəfərdir. (2005) == Coğrafiyası == Egey dənizində yerləşir. Şimal-şərqdəki Skiros adası ilə birlikdə mərkəz Halkis olan Evvoia əyalətini meydana gətirir. Yunanıstanın coğrafi bir hissəsi olaraq materikdən, Egriboz boğazı (Euripus) ilə ayrılmışdır. Bu boğaz, antik yunan dövründən bəri elm adamlarını özünə cəlb edən xüsusiyyətlərə malikdir. Aralıq dənizi və Egeydə gündə yeddi dəfə dəyişən qeyri-adi yüksəkliklər və sürətli cərəyanları ilə tanınır. Böyük İsgəndərin ölümündən sonra Eğriboz adasında məskunlaşan qədim yunan filosofu Aristotelin bu çətin başa düşülən təbii hadisələri başa düşmək üçün özünü cərəyanlara atdığı deyilir.
Vereya
Vereya — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.