Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eqikxal
Eqikxal — İnquşetiyada qədim şəhər. Şəhər Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxil edilmişdir.. Qədim şəhərin ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Eqikxal” memarlıq kompleksi var ki, buraya: qala tipli qədim siklop tikililəri, beş müdafiə qalası, altı kiçik müdafiə qalası və əlli yaşayış qalası dxildir. Burada həmçinin çoxlu sayda müxtəlif tipli qəbir abidələri (106 qəbir, 1 məqbərə) və 3 ziyarətgah da var. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. İnquş soyunun nümayəndələri: Auşevlər, Boqatırevlər, Ujaxovlar, Qazdiyevlər, Tanqiyevlərin kökü Eqikxala çatır. == Coğrafiyası == Şəhər mərkəzi Ceyraxdan şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimal-şərqdə - Leymi kəndi, cənub-qərbdə - Quli kəndidir. == Tarixi == Qədim yaşayış məskəninin ərazisində Kür-Araz mədəniyyəti tayfaları “Eqikxal məzarlığı” kimi məşhur məzarlıq abidələri qoyub getmişlər.
Sxinval
Tsxinvali (gürc. ცხინვალი, oset. Цхинвал) — Gürcüstanın Şida Kartli ölkəsində, Qafqaz dağları ətəyində, Böyük Lıxva çayının sahilində, dəniz səviyyəsindən 870 metr yüksəklikdə şəhər. Keçmişdə Cənubi Osetiya Muxtar Vilayətinin inzibati mərkəzi, indi isə tanınmamış separatçı Cənubi Osetiya respublikasının paytaxtıdır. 1989-cu ildə görə əhalisi 42.333 nəfər idi.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Epinal (rayon)
Epinal (fr. Épinal) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vogezlər. Suprefektura — Epinal. Rayon əhalisi 2006-cı ildə 225 529 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 73 nəf / km². Rayon sahəsi — 3098 km².
Ginnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Qinnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Egina (dəqiqləşdirmə)
Egina
Egina (şəhər)
Egina (yun. Αίγινα) — Yunanıstanda, eyniadlı adanın şimal-qərb hissəsində, Egey dənizinin Saronikos körfəzində, Peloponnes yarımadasının şimal-şərq sahillərində şəhər. Şəhər sahildə, dəniz səviyyəsindən 17 metr hündürlükdə yerləşir. Attika periferiyasında adanın periferik vahidində eyniadlı icmanın inzibati mərkəzi. Əhalisi 2011-ci il siyahıyaalınmasına görə 6,867 nəfərdir. == Egina dimi == 1835-ci ildə Egina dimi təsis edilmişdir. Egina icması 1912-ci ildə yaradılmışdır (ΦΕΚ 262Α). İcmaya insan yaşamayan İpsili və Staxtoroyi adaları, həmçinin Eleusa adasındakı Laqusa, Panayisa adasındakı Laqusaki və Fərziyyə monastırı da daxil olmaqla 12 yaşayış məntəqəsi daxildir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalisi 7,253 nəfərdir. Sahəsi 38,657 kvadrat kilometrdir.
Egina adası
Egina (yun. Αίγινα — "Keçi adası") — Saronikos körfəzində Arqolida və Attika arasındaki ada. 2011-ci il siyahıyaalınmasına əsasən, əhalisi 13,056 nəfər idi. == Coğrafiyası == Adanın sahəsi 77,014 kvadrat kilometrə bərabərdir. Səliqəli becərmə zamanı daşlı və quru torpaq arpa, əncir, badam, zəngin üzüm və zeytun yığımı məhsulunu verirdi. Ən bərəkətli bölgə adanın qərb sahilindəki düzənlik idi ki, eyni adlı Egin şəhərini əhatə edirdi. Qərb sahillərində isə rahat ticarət və hərbi liman tikilmişdir. Pireya limanından Egina limanına məsafə 11,5 dəniz milinə bərabərdir. == Əhalisi == == Görkəmli şəxsləri == Aristidis Moraytinis (1891–1918) — yunan aviasiyasının pionerlərindən biri, 1912–1913-cü illərdəki Balkan müharibələrinin iştirakçısı, hərbi dəniz aviasiyasının ilk uçuşunun iştirakçısı, Birinci Dünya müharibəsinin yeganə yunan ası (9 qələbə). == İstinadlar == == Ədəbiyyat == Щукин Ю. Ю. Политическая история Эгины (вторая половина VI—V вв.