Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snovik
Snovik — Sloveniyanın Yuxarı Karniola regionunun Karmik bələdiyyəsinin Tuhinj vadisində yerləşən yaşayış məntəqəsi. Yeni yaradılmış Snovik spa mərkəzi Snovikin yaxınlığında yerləşir. Ərazidəki hovuzların termal sularından müalicə məqsədi üçün istifadə olunur. Spa mərkəzi bundan əlavə bir sıra sağlamlıq proqramları, istirahət fəaliyyətləri və qalmaq üçün otaqlar təklif edir.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. == Senzura == Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Evonik Industries
"Evonik" alman sənaye şirkəti – dünya bazarında xüsusiləşdirilmiş kimya məhsullarının istehsalı sahəsində liderlərdən biridir. 80 ildir ki, "Evonik" şirkətlər qrupunun mütəxəssisləri sürtkü yağlarına aşqarlar təklif etməklə onlarda reoloji xassələrinin optimal kombinasiyasını təmin edən spesifik və müvəffəq formullardan istifadə edirlər. == Sürtkü yağlarının aşağı temperaturda axıcılığının təmin edilməsi == Aşağı temperaturlarda sürtkü materiallarının tərkibində olan parafinlər kristallik strukturlar yarada bilər. Viscoplex seriyalı depressantlar kristallizasiya proseslərinin yaranmasının qarşısını almaq və nəzarət etməklə bərabər sürtkü materiallarının axıcılığını, optimal xassələrini və bir-biri ilə uyğunluğunu təmin edir. == PAMA (Polialkil metilakrilatlatlar) == PAMA (Polialkil metilakrilatlatlar)– ilk polimer tipli depressorlar ""Röhm and Haas" (sonradan "Evonik" şirkəti) şirkəti tərəfindən patentləşdirilmişdir və hal -hazıradək bu sahədə əsas növ aşqarları kimi sayılır. Sürtkü və motor yağlarının donma temperaturunu aşağı salan Viscoplex 5–309 aşqarı geniş istifadə olunur. Polimetakrilatların çevik molekulyar quruluşa malik olması geniş assortimentli sürtkü materialları üçün aşqarların işlənib hazırlanmasına imkan yaradır. Viscoplex Depressorları sürtkülərdə əmələ gələn kristalları modifikasiya edirlər. Depressorlar sürtkü materialında əmələ gələn nə parafinlərin miqdarına nə də onların kristallaşma temperaturlarına təsir etmirlər. Lakin depressorların kristallik strukturları öz xüsusiyyətlərini dəyişir .
Hovik Abrahamyan
Ovik Arqamoviç Abraamyan (erm. Հովիկ Աբրահամյան; 24 yanvar 1958, İmanşahlı, Qəmərli rayonu) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016) == Tərcümeyi-halı == 1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət. 13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib. Ermənistan Respublika Partiyasının üzvüdür. == İctimai obrazı == Abraamyanın ləqəbi — "Muk"dur (erm. Մուկ), tərcümədə "siçan" deməkdir. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib. 2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir", " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır" and "an unsophisticated thug" whose "instincts are not progressive". və ""hissləri mütərəqqi olmayan başkəsəndir". Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdi.
Novik adası
Novik — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şimal-şərq qurtaracağında yerləşən Qvardeysev burnundan 600 m şimalda yerləşir. Dairəvi formaya malikdir. Diametri 250 m təşkil edir. Sahillərində dərinlik 43 metrdir. Ada 1962-ci ildə II panq kreyseri olan «Novikin» şərəfinə adlandırılmışdır.
Ranunculus jovis
Ranunculus jovis (lat. Ranunculus jovis) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Zovik (Urmiya)
Zovik (fars. زویک‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (27 ailə).
Erotik təsvirlərin tarixi
Erotik təsvirlərin tarixinə təkcə rəsmlər deyil, həm də heykəltəraşlıq, fotoqrafiya, dramatik incəsənət, erotik musiqi və yazılar da daxildir, həmçinin erotik təsvirlər bəşər tarixinin demək olar ki, hər bir dövründə müxtəlif sivilizasiyalar tərəfindən təsvir edilmişdir. Qədim yunanlar və romalılar erotik sayıla biləcək bir çox sənət əsərləri yaratmışdırlar. Son zamanlar kommunikasiya texnologiyaları inkişaf etməyə başlamış və bunun nəticəsində fotoşəkil formasında pornoqrafiya, video formasında pornoqrafiya, çap pornoqrafiyası kimi texnikalar yayılmağa başlanmışdır. Ən erkən məlum olan erotik təsvirlər Paleolit və Mezolit dövrlərinə aiddir, bu dövrdə insanlar tez-tez mağaralarda heyvan şəkilləri çəksələr də, insan cinsi orqanlarının rəsmləri də bəzən divarlara həkk edilirdi. Qədim sivilizasiyalar tez-tez cinsi aktı fövqəltəbii güclərlə əlaqələndirirdilər, buna görə də onların dinləri bu cür təsvirlərlə iç-içədir. Hindistan, Nepal, Şri-Lanka, Yaponiya və Çin kimi Asiya ölkələrindəki yerli dinlərdə seksin və erotik təsvirlərin müəyyən mənəvi mənaları mövcuddur. Eyni formada, qədim yunanlar və romalılar da öz dini inancları və mədəni təcrübələri ilə birləşdirilən bir çox erotik sənət və bəzək əsərləri yaratmışdırlar . Müasir pornoqrafiyanın ən erkən nümunələri ədəbsiz təsvirlərin Avropa incəsənətindəki ənənəvi cinsi təsvirlərdən fərqləndiyi XVI əsrə təsadüf edir. Sonralar pornoqrafiya fotoqrafiya, kino, video, kompüter və internet də daxil olmaqla hər bir yeni vasitəyə uyğunlaşdırılmışdır. Bəzi spesifik cinsi aktlar qanunla tənzimlənsə və ya qadağan edilsə də, 1857-ci ilə qədər heç bir ölkədə təkcə onları təsvir edən əşyalara və ya şəkillərə baxmaq qanunsuz deyildi.
Bon Jovi
Bon Jovi — 1983-cü ildə ABŞ-nin Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupu. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir. Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir. Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer aldı. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatı, 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirildi. Bon Jovi, 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olmuşdur. == Qrupun tarixi == === İlk vaxtlar === Con Bon Covi, Nyu Cersidə kiçik yerlərdə müxtəlif qruplarla birlikdə konsertlər verirdi. Qohumu Tonynin Nyu-Yorkda Power Station adını daşıyan bir səsyazma studiyası var idi. Con, 1980-ci ildə Nyu-Yorkdakı bu studiyada Tony Bongiovinin yanında işə başladı.
Ovik Abraamyan
Ovik Arqamoviç Abraamyan (erm. Հովիկ Աբրահամյան; 24 yanvar 1958, İmanşahlı, Qəmərli rayonu) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016) 1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət. 13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib. Ermənistan Respublika Partiyasının üzvüdür. Abraamyanın ləqəbi — "Muk"dur (erm. Մուկ), tərcümədə "siçan" deməkdir. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib. 2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir", " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır" and "an unsophisticated thug" whose "instincts are not progressive". və ""hissləri mütərəqqi olmayan başkəsəndir". Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdi.
Ovik Dəmirçyan
Ovik Dəmirçyan (yun. Χόβιγκ Ντεμιρτζιάν, Şablon:Dil-arm; 3 yanvar 1989, Nikosiya) — milliyətcə erməni olan Kipr müğənnisi. O Kipri 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Ovik Dəmirçyan 3 yanvar 1989-cu ildə Kiprin paytaxtı Nikosiya şəhərində erməni ailəsində anadan olmuşdur. Marketinq təhsili alan Ovik, təhsilini başa vurduqdan sonra musiqi karyerasını başlatmaq məqsədi ilə piano və gitarada ifa etməyi öyrənmiş və eyni zamanda caz və vokal dərsləri almışdır. Ovikin musiqidə ilk uğuru Larnakada keçirilən musiqi yarışmasında ikinci yeri tutmağı olmuşdur. 2009-cu ilin iyun ayında onun "Den mou milas alithina (Istoria exei teleiwsei)" adlı ilk mahnısı təqdim edilmişdir. Daha sonra mahnıya videoklip də çəkilmişdir. Həmin ildə Ovik Yunanıstanın The X Factor musiqi yarışmasında iştirak etmiş və yeddinci yeri qazanmışdır. Yarışmadakı iştirakından sonra müğənni Kiprə geri dönərək, öz karyerasını davam etdirmişdir.
Dünya Erotik Sənət Muzeyi
Dünya Erotik Sənət Muzeyi (ing. The World Erotic Art Museum) — ABŞ-nin Florida ştatının Mayami Biç şəhərində yerləşən muzey. Muzeyin sahibi Naomi Vilziqdir. == Tarixi == Daha əvvəldən gəzinti sərgilərlə xidmət edən muzey 2005-ci ildən Florida ştatında daimi bir məkana sahib olmuşdur. == Eksponatları == Bu muzeyin dünyanın ən böyük erotik sənət kolleksiyasına sahibdir.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir.
Gravity (Ovik Dəmirçyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.