Ovik Arqamoviç Abraamyan (erm. Հովիկ Աբրահամյան; 24 yanvar 1958[1], İmanşahlı, Qəmərli rayonu) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016)
Ovik Abraamyan | |
---|---|
erm. Հովիկ Արգամի Աբրահամյան | |
| |
13 aprel 2014 – 8 sentyabr 2016 | |
Əvvəlki | Tiqran Sarkisyan |
Sonrakı | Karen Karapetyan |
Ermənistan Milli Məclisinin sədri[d] | |
29 sentyabr 2008 – 21 noyabr 2011 | |
Ermənistan Milli Məclisinin sədri[d] | |
31 may 2012 – 13 aprel 2014 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1958[1] (66 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, iqtisadçı |
Vikianbarda əlaqəli mediafayllar |
1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət.
13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib.
Ermənistan Respublika Partiyasının üzvüdür.
Abraamyanın ləqəbi — "Muk"dur (erm. Մուկ), tərcümədə "siçan" deməkdir[2][3]. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib[4].
2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir"[5], " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır"[6] and "an unsophisticated thug" whose "instincts are not progressive".[7] və ""hissləri mütərəqqi olmayan başkəsəndir".
Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdi[8]. O həmçinin məlumat verirdi ki, onun iyirmiyə qədər şirkəti, o cümlədən Araz çayı sahilində üç qum karxanası, Artaşat rayonunda 1500 hektar üzüm sahəsi, İrəvan şəhəri kənarında 10-dan çox yanacaqdoldurma stansiyası, "Araratsement" şirkətinin üçdə bir payı, kazinosu və Krımda dəyəri 7 milyon ABŞ dollarına bərabər yay evi vardır[9]. O vaxtı ilə sələflərinin təklif etdiyi və erməni siyasətçilərinin və yüksək vəzifəli dövlət məmurlarının biznes holdinqlərinin və biznes maraqlarının deklarasiya etməsini nəzərdə tutan qanun layihələrinin əleyhinə çıxır[10].
Ovik Abraaamyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri, oliqarx, özündən 2 yaş böyük Qagik Tsarukyannın qızı ilə evlidir.
Հիշեցնենք, որ ընդդիմադիր թերթերից մեկին տված հարցազրույցում Հայաստանի խորհրդարանի նախագահ Հովիկ Աբրահամյանը բացատրել էր, թե որտեղից է ծագում իր «Մուկ» մականունը: Նրա խոսքով, իրեն այդպես անվանել է տատիկը, երբ փոքրիկ Հովհաննեսը թաքուն գողանում էր տատի պահած կոնֆետները: