Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jadeit
Jadeit – Na Al [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – element-qatışıqlarından asılı olaraq mineral müxtəlif rəngdə olur: ağ, yaşılımtıl (Cr3+, Fe2+), göy (Fe2+, Fe3+), bozdan qarayadək (Mn2+, Fe3+), zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – qeyri -şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,2-3,5; sərtliyi – 6,5-7,5; Ayrılma – {110} prizması üzrə orta, {010} və {100} üzrə qeyri-mükəmməl; Olduqca özlüdir; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik, sıx kriptokristallik kütlələr; Mineral aqreqatları: sıx, qarışıq-lifli, keçəyəoxşar. == Mənşəyi və yayılması == Tipik metamorfogen mineral olub, qələvilərlə zəngin süxurların yüksək temperatur və aşağı təzyiq şəraitində baş verən metamorfizmi prosesində əmələ gəlir. Ultraəsası süxurlarda, qlaukofan şistlərində qeyd edilir. Zərbə metamorfozmi nəticəsində plagioklazlar hesabına əmələ gəlmiş jadeit meteorit kraterlərində aşkar edilmişdir. Nadir hallarda həmçinin kontakt-metasomatik süxurlarda müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, serpentin, lavsonit, xlorit, qranat, mika, albit, maqnetit və b. Mineralın tapıldığı yerlər: San Benito yaxınlığında (ABŞ); Tomo (Birma); Kotaki (Yaponiya); Val-di Susa (İtaliya); Ris meteoritinin krateri (Almaniya) və b. Azərbaycanda Kəlbəcər rayonunun serpentinitlərində qeyd edilir.
Rudnıy
Rudnıy (qaz. Рудный) — Qazaxıstanın Kostanay vilayətində yerləşən Tobol çayı üzərində şəhər. 1957-ci ildə dəmir filizi yatağının inkişafı və Sokolovsko-Sarbay mədən və emal zavodunun tikintisi ilə əlaqədar olaraq əsası qoyulmuşdur. Son adın 1955-ci ildə Ogonyok jurnalının on dördüncü sayı ilə qurulduğuna inanılır: Hər hansı bir yaşayış məntəqəsinin adının altında nə olduğunu söyləmək çətindir: daha tez -tez bunun üçün çox xarakterik olan bir şeydir; daha az artıq şans müdaxilə edir. Şəhərimizdə hər ikisi var. Sokolovrudstroy trestinin ilk baş mühəndisi VI Bureş, bu barədə necə danışır: "Gələcək şəhərin yerində tikilməyə başlayan kənd, biz inşaatçılar, Rudny adlı". Və bütün sənədlərə yazmağa başladılar. Kombinatovskie yoldaşları, təkbaşına, "Rudnoqorsk" adlandırdılar və sənədlərində də bu şəkildə təyin etdilər. 1955 -ci ilin birinci yarısında, zavodun adı olan tikilməkdə olan müəssisənin direktoru - NF Sandrigailo və güvənli rəhbərimiz Y.M. Qimmelfard, zavodun inşası üçün təxminən dörd ay Moskvada və Alma -Atada keçirdilər. və şəhər.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Ageratina jahnii
Ageratina jahnii (lat. Ageratina jahnii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Homalium jainii
Homalium jainii (lat. Homalium jainii) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
İrina Madziy
İrina Madziy (ukr. Ирина Богданівна Мадзій; 12 mart 1970, Kostanay vilayəti – 11 aprel 2021, Borşçiv[d], Ternopil vilayəti) — Ukrayna jurnalisti. İrina Madziy 12 mart 1970-ci ildə Qostanay vilayətində anadan olmuşdur. İvan Franko adına Lvov Milli Universitetinin jurnalistika fakültəsini bitirib. 2007-ci ildən 2021-ci ildə vəfat edənə qədər Ukrayna Jurnalistlər Birliyinin üzvü idi. 11 aprel 2021-ci ildə Ukraynanın Borşçiv şəhərində vəfat etdi.
Janil Okoyeva
Janil Okoyeva (d. 15 noyabr 1993) — Qırğızıstanlı ağır atlet. Janil Okoyeva 2016-cı ildə Qırğızıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Həyatı == Janil Okoyeva 1993-cü ilin 15 noyabr günündə Qırğızıstanda anadan olub. == Karyerası == Janil Okoyeva karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Okoyeva birdən qaldırmada 72 kiloqram, təkanla qaldırmada isə 97 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 169 kiloqramlıq nəticə ilə Janil Okoyeva XXXI Yay Olimpiya Oyunlarında 10-cu yeri tutdu.
Janis Joplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Echinodorus janii
Aquarius uruguayensis (lat. Aquarius uruguayensis) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Echinodorus martii var. uruguayensis (Arechav.) Hauman Echinodorus uruguayensis Arechav.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Rudnıy Sənaye İnstitutu
Rudnıy Sənaye İnstitutu (qaz. Рудный индустриалдық институты) — Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin şimal bölgəsindəki mədən sənayesi, enerji və tikinti sənayesi üçün mühəndis kadrları üçün bir təlim mərkəzidir. İnstitutun strukturunda 3 fakültə və 6 kafedra var. Orta hesabla tələbə sayı 1243 nəfərdir (1 iyun 2018-ci il tarixinə). Əvvəlcə fakültə Qazaxıstan Politexnik İnstitutunda yaradılmışdır. 1964-cü il institutun filialı oldu. 1978 Rudny Sənaye İnstitutu olaraq quruldu. İnstitut elektromexanika, iqtisadiyyat və informasiya sistemləri, mədənçilik və inşaat fakültələrində 14 fərqli sahə üzrə mühəndis hazırlayır. 21 kafedra vardır.
Əlhərbi El Jaduyi
Əlhərbi El Jaduyi (8 avqust 1986) — mərakeşli futbolçu. Azərbaycan Premyer Liqasında, Qarabağ FK-da forma geyinir. Fransanın lens kulubundan Qarabağ komandasına keçib.
Janyi-su-Bua
Janyi-su-Bua (fr. Jagny-sous-Bois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 224 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimalda, Serji belediyyənin 29 km şərqdə yerləşir.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Şimal adası (Demyan Bednıy adaları)
Şimal adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Demyan Bednıy adalarının şimalında yerləşir. Öz adınıda yerləşdiyi mövqeyi ilə əlaqədar almışdır. Komsomoles adasının 12,3 km şimal-qərbdə yerləşir. 550 m qərbdə Kolobok adası, 1 km-dən bir az artıq məsafədə Çervyak və Utyonok adaları yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşmişdir. Ada uzunsov formaya malikdir. Uzunluğu 700 metrdir. Qərbində kiçik göl vardır.