Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jelaniya burnu
Jelaniya burnu — Şimal adasının şimal qutaracağına yaxın ərazidə yerləşir. Burun 1596-cı ildə Villem Barens tərəfindən adlandırılmışdır. Burada «Jelaniya burnu» (1931) adlı qütb stansiyası fəaliyyət göstərir. İkinci Dünya müharibəsi dönəmində stansiya alman su altı qayıqları tərəfindən atəşə tutulmuşdur. == Təbiəti və coğrafiyası == Burun 28 metr hündürlüyə malik bir ərazi olaraq adaya alçaq bir bərzəxlə birləşir. Şimal-qərbdən və cənub-şərq istiqamətdə burun uzaqdan adaya bənzəyir. Adanın üzəri bir platodur. Jelaniya burnundan Barens və Kara dənizləri arasındakı sərhəd başlayır. == Adının tarixi == İlk dəfə buruna adı holland səyyahı Villem Barens 1596-cı ildə vermişdir. O, burunu "Arzu olunan" adlandırmışdır.