Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jelonka
Jelonka (ing. bailer; alm. Schmantbüchse, Schöpfbüchse, Schöpflöffel‎) — keçmişdə: quyulardan neft çıxarmaq üçün işlədilən vedrəyə oxşayan uzunsov qab.
Jeleznı Roq
Jeleznı Roq — Taman yarımadasının cənub sahillərində, Taman stansiyasından 10 km cənubda yerləşən burun. Burun dənizə doğru 1.3 km məsafədə uzanır. Maksimal hündürlüyü 65 m-dir. Burunun yuzarı hissəsində üzüm kolları əkilmişdir. Cənub-qərb sahillərində elə də böyük olmayan çimərlik vardır. Jeleznı Roq Kubanda yeganə yerdir ki burada dəmir filizi ehtiyatı vardır. Dəmir filizi səthə yaxın yerləşməsi ilə seçilir. Burada filiz 1932-ci ilə qədər kustar üsulla çıxarılmışdır. Лотышев И. П. География Кубани. Энциклопедический словарь.
Jelena Karleusa
Yelena Karleuşa Toşiç (serb. Jelena Karleuša Tošić, Јелена Карлеуша Тошић) — Serbiyanın pop müğənnisi.
Jelena Rozga
Jelena Rozga (23 avqust 1977, Split, Dalmatiya, Xorvatiya) — Xorvatiyalı müğənni.
Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur. Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur. İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır. Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.