Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jeltura çayı
Jeltura çayı (monq. Зэлтэрийн гол; rus. Желтура́) — Monqolustanın şimalında və Rusiyanın Buryatiya Respublikasında axan çay. Jeltura çayı Monqolustanın Bulqan aymakının Selenqe sumundan bir neçə çayın birləşməsi ilə başlayır, şimal-şərq istiqamətində, Rusiya sərhədinə paralel davam edir. Selenqe aymakının Tüşiq sumunda şimala istiqamət alır və sərhədi keçərək Rusiyanın Buryatiya Respublikasının Cidinski rayonuna daxil olur. Rusiya ərazisində qısa məsafədə axdıqdan sonra Jeltura kəndinin yaxınlığında Cida çayına qarışır.