Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taras Dutko
Taras Dutko (tam adı: Тарас Романович Дутко; d.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Buteo
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Cunko
Cunko — Yaponiya qadın adı. Cunko İşida — keçmiş Yaponiya qadın futbolçusu. Cunko Ozava — keçmiş Yaponiya qadın futbolçusu.
Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896 – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Junco
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. == Coğrafiyası == Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Yunko
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Yuyko
Yuyka — ad. Yuyka Suqasava — Yaponiya qadın futbolçusu. Yuyko Konno — Yaponiya qadın futbolçusu.
Juno
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Ruto
Vilyam Ruto (21 dekabr 1966, Kamaqut[d], Keniya) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir. == Həyatı == Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur. Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.
Zuko
Zuko (çin. 祖寇 Zǔ Kòu) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. == Yaradılması və konsepsiyası == Seriala Zukonun əlavəsi icra prodüser Erik Kolmanın fikri idi. Erkən istehsal zamanı, baş antaqonist Od Lordu Ozay olmalı idi. Kolman isə məsləhət verib ki, onlara Avatar yığmasını təqib edən personaj lazımdır. Zuko əvvəl yetkin olmalı idi, amma Kolman onun yaşını azaldıb. Bundan sonra Brayan Konietzko ona çapıq vermək istəmiş və Kolman bununla razılaşıb. Beləliklə, serialın yaradıcıları Konietzko və DiMartino Kolmanı "Zukonun xaç atası" adlandırıb.
Yuko
Yuko — yapon qadın adı. Yuko Miyamura — Yuko Morimoto — keçmiş Yaponiya qadın futbolçusu. Yuko Sano — yapon qadın libero.
"Jukov" ordeni
Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir. Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu. 2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Buteo lagopus
Tüklüayaq sar (lat. Buteo lagopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 51-61 sm, kütləsi 800—1300 q. olur. Adi sara oxşayır, lakin bədəninin aşağı hissəsi parlaqdır. Tülküayaq sar Avrasiya və Şimali Amerikada yayılmışdır.
Buteo rufinus
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Cunko Ozava
Cunko Ozava (d. 7 dekabr 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Cunko Tanaka
Cunko Tanaka (田中順子, Tanaka Cunko, 2 oktyabr 1973, Şizuoka) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cunko Tanaka Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cunko Tanaka Olimpiadanın bürünc medalına sahib olub.
Cunko İşibaşi
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Cunko İşida
Cunko İşida (11 mart 1966, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Duşko Antunoviç
Duşko Antunoviç (xorv. Duško Antunović; 24 fevral, 1947 – 16 fevral, 2012) — Xorvat su polosu oyunçusu və məşqçi. == Haqqında == Xorvat Korçula Üzgüçülük klubunun və Belqradın serb "Partizan" klubunun heyətində çıxış edib. Partizanın heyətində 1970-1971-ci illər və 1974-1975-ci illər, 1975-1976-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun ardıcıl olaraq 3 dəfə qalibi olub. Zaqreb klubu "Mladosta"nın baş məşqçisi kimi 1989-1990-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun qalibi olub. Növbəti ildə də eyni uğuru təkrarlayıb. 2011-ci ildə Xorvatiya Olimpiya Komitəsinin Matiya Lübek mükafatına layiq görülüb. O, 1972 və 1976-cı illərdə Yay Oyunlarında Yuqoslaviyanın şərəfini qorumuşdur.
Georgi Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896 – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Hamqyon-Pukto
Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir. == Coğrafiya == Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir.