Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bahriyə Uçok
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 503 nəfərdir (2009). Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896[…] – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı meydanda Kreml divarı nekropolunda yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
JunOS
Junuper JunOS — firmasının yönləndirmə avadanlıqları ilə birgə istifadə olunan FreeBSD bazalı əməliyyat sistemidir. Juniper müştərilərinə əlavə olaraq 'Software Development Kit (SDK)' təqdim edir. Sahəsində tək rəqibi Cisco Systemsin IOS əməliyyat sistemidir.
Junco
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir. == Tarix == Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır. == Su yolları == Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur. Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Juno
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Ucom
Ucom — Ermənistanın mobil şəbəkə operatoru və internet provayderi. Orange Armenia-nı satın aldıqdan sonra mobil telefon bazarında böyüdü.
Ucoz
uCoz — 29 oktyabr 2005-ci ildə yaradılmış, Web 2.0 prinsip əsasında və SaaS platformada fəaliyyət göstərən sistemdir. Ona saytın pulsuz idarəetmə sistemi və qeyri-məhdud disk məkanı olan hostinq daxildir.. İndiyə kimi sistemdə bir milliondan artiq sayt yaradılıb. uCoz.ru rusiyanın 14 ən popular saytlardan biridirAlexa Internet. Sistem çıxış kodunun bağlılığına sahib olmaqla, server skriptlərinin və verilənlər bazasının yüklənməsi imkanlarının yoxluğu ilə digərlərdən seçilir. Lakin bu, PHP, Perl və ASP-dən istifadənin qeyri-mümkünlüyü və saytın uCoz-dan digər platformaya keçidin çətinliyi ilə əlaqədar bir sıra əlverişsiz şərait ortaya qoyur. uCoz sistemi bir neçə dilə tərcümə olunub, özü "olduğu kimi" şəklində pulsuz rejimdə təqdim olunur və istənilən istifadəçinin onun imkanlarını öyrənib test keçirməsınə şərait yaradır. Bundan istənilən şəxs yararlanmaq arzusunda olarsa, vaxt qeyri-məhduddur. Lakin bu rejimdə yaradılan saytlarda sistemə aid olan reklam və müəllif hüquqları haqqinda məlumat yerləşəcək. Bunları sistemin lisenziyasını almaqdan sonra aradan qaldırmaq olar.
Ukok
Ukok ― Rusiya Federasiyasında yerləşən yayla. Ukok yaylası Altay Respublikasının ən cənubunda, Qazaxıstan, Çin, Rusiya və Monqolustanın sərhəd qovşağında yerləşir. Ukok yaylası 2200–2500 metr mütləq yüksəkliklərə malik dağlıq düzən, dağlıq və yüksək dağlıq səviyyəli səthin reliktidir. Yaylanın üzərində 500-600 metr sıra dağlar yüksəlir. Dağ silsiləsinin maksimum mütləq yüksəkliyi (əvvəllər Nairamdal adlandırılan Kuyten-Uul şəhəri) 4374 metrə çatır Kuyten-Uul dağı, Beluxadan sonra, Altay dağlarının ikinci ən yüksək zirvəsidir.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Georgi Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896[…] – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı meydanda Kreml divarı nekropolunda yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Jukov ordeni
Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir. Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu. 2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Küçük (Uçalı)
Küçük (başq. Көсөк, rus. Кучуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 92 km, kənd sovetliyindən (İlçəqol): 7 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 11 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Nahapet Kuçak
Nahapet Kuçak (erm. Նահապետ Քուչակ; bilinmir – təq. 1592) — erməni şairi. Həyatı haqqında məlumat yoxdur. Ehtimallara görə, Van gölü yaxınlıqlarında, Xaraqonis kəndində (indiki Qaragündüz) anadan olmuşdur. Rübai janrında (hayren) yazmışdır. Ədəbi irsində əsas yer tutan aşiqanə şeirlərində real, azad məhəbbət tərənnüm olunur. Şeirlərinə orta əsr ehkamlarına, sosial ədalətsizlik əleyhinə çıxmış, xalqın iztirablarını ("qəriblik" hayrenləri) ürək ağrısı ilə təsvir etmişdir.
Nikolay Jukov
Nikolay Nikolayeviç Jukov (rus. Николай Николаевич Жуков ; 2 dekabr 1908 – 24 sentyabr 1973) — sovet boyakarı. SSRİ xalq rəssamı (1963). Sov.İKP üzvü (1945). Nikolay Jukov 2 dekabr 1908-ci ildə Moskvada anadan olub. 1930-cu ildə Aleksey Boqolyubov adına Saratov Rəssamlıq məktəbini bitirmişdir. 1943–1973-cü illərdə M. B. Qrekov adına Hərbi Rəssamlar Studiyasının bədii rəhbəri olmuşdur. 1941–1945-ci illərdə cəbhə mətbuatında və "Pravda" qəzetində işləmişdir. Nikolay Jukov 1973-cü ildə Moskvada vəfat edib. SSRİ xalq rəssamı (1963) RSFSR xalq rəssamı (1955) Lenin mükafatı (1961) Stalin mükafatı (1943, 1951) Lenin ordeni (1967) "Qırmızı əmək bayrağı" ordeni (1962) "Qırmızı Ulduz" ordeni "Moskvanın 800 illik xatirəsinə" medalı Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Qozlu sucuk
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Sucuk dili
Sucuk dili — Qara dənizdə yerləşən dil. Novorosiysk şəhərinin ən məşhur istirahət yerlərindən biridir. Dil öz adını türklər tərəfindən inşa edilən Sucuk qalasının şərəfinə adlandırılmışdır. Qala əvvəllər dilin sonucunda yerləşmişdir. Dilin yaranması 1500–2000 il bundan öncəyə aiddir. Dil dənizin suyunun enməsi zamanı meydana gəlmişdir.
Balaj Cucak
Balázs Dzsudzsák ( hu ; D. 23 dekabr 1986, Debrecen ) — sol cinahda açıq mövqedə çıxış edən Macarıstan milli futbolçusu . == Klub karyerası == === İlk illər === Macarıstanın Nyírlugos şəhərində anadan olan Dzsudzsák kəndlilərə "vaxtının çox hissəsini futbol meydançasında keçirən oğlan" kimi tanınırdı. Onun istedadları erkən yaşda kəşf edilmiş və Olasz Focisuli tərəfindən Debreceni VSC- nin infrastrukturuna gətirilmişdir. 17 yaşında icarə əsasında 3-cü Divizion komandalarından biri olan "Létavertes"ə keçdi. Dzsudzsák 2005-ci ildə Debrecenidə debüt etdi. === PSV === Dzsudzsák 24 oktyabr 2007-ci ildə Eredivisie komandaları PSV ilə 5 illik müqavilə imzaladı. Bu transferi 2008-ci ilin yayında həyata keçirməyi planlaşdıran PSV, oyunçusu Kennet Peres komandadan ayrıldıqdan sonra 2008-ci ilin yanvarında transfer etməli oldu. Dzsudzsák Eredivisie-də debütünü 12 yanvar 2008-ci ildə etdi. "Feyenoord" la görüş PSV-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 1-1 hesabı ilə başa çatan VVV-Venlo ilə növbəti matçda Dzsudzsák liqada ilk qolunu vurdu.
Jukov (dəqiqləşdirmə)
Jukov (şəhər)
Jukov (soyad)
Jukov — Soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Nikolay Jukov — SSRİ xalq rəssamı.
Musa Küçük
Musa Küçük (1972, Gümüşhane ili) — podratçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Musa Küçük 1972-ci ildə Gümüşhane ilində anadan olub. İbtidai və orta təhsilini İstanbulda alıb. Bəyoğlu Sənaye Peşə Liseyindən məzun olub. Uzun illər inşaat sənayesində çalışıb. Gümüşhanespor İdman Klubunun prezidenti vəzifəsində çalışıb. SONSAM Strateji Araşdırmalar İnstitutunun qurucu prezidenti olub. MHP üzvüdür. 2002-2007-ci illərdə MHP İstanbul Kağıthane ilçəsi şöbəsinin sədr müavini, 2007-2011-ci illərdə isə MHP İstanbul il şöbəsinin sədr müavini olub. Üç dəfə MHP İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.