Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabivaka
Zabivaka (rus. Забива́ка, "Qolçu, bombardir") – Rusiyada keçirilən 2018 FİFA Dünya Kubokunun rəsmi talismanı. Talismanın adı rus sözləri olan забияка (əsəbi) və забивать (xal qazanmaq) sözlərinin qarışığından yaranıb. Talisman elektron seçki ilə seçildi və qalib gələn talisman olan Zabivakanı hazırlayan tələbə dizayner olan Yekaterina Boçarovadır. == Dizayn == Maskot 21 oktyabr 2016-cı ildə açıldı. Bu maskot antropomorfik Avrasiya canavarı idi. Onun qəhvəyi və ağ xəzi var idi və üstü "Russia 2018" yazılı bir T-shirt yazılmışdı. Dizaynerə görə, talismanın gözündə olan eynək xizək eynəyi deyil, bəzi idman növlərində istifadə olunan, misal üçün velosiped idmanında istifadə olunan bir eynəkdir. Ağ,göy və qırmızı rənglərinin kombinasiyası Rusiya bayrağını simvolizə edir. == Müsabiqə == Müsabiqənin nəticəsi 22 oktyabr 2016-cı ildə Pervıy kanaldakı Вечерний Ургант verilişində açıqlandı.Zabivaka adlı canavar 53 % səslə birinci, pələng 27 % səslə ikinci, 20 % səs yığan pişik isə üçüncü olmuşdur.Təxminən 1 milyona yaxın insanın iştirak etdiyi səsvermə FIFA.com saytında keçirildi.