Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bavenit
Bavenit — mineral, Ca4[BeAl2Si9O26(OH)2] == Haqqında == Bavenit - rombik. Habitus iynəvari, lövhəvari. İkiləşmə polisintetik {100} üzrə. Ayrılma: {100} üzrə mükəmməl, {001} üzrə orta. Aqreqat: radial-şüalı, çubuğabənzər, toz şəklində. Rəngi ağ. Parıltı ipəyi. Sərtliyi 5,5. Xüsusi çəkisi 2,74. Kövrək.
Laterit
Laterit — əvvəllər bu termin ekvatorial və rütubətli tropik ərazilərin torpaqları və yumşaq torpaq aşınma məhsullarına aid edilirdi. Hazırda lateritləşmə mürəkkəb bir proses kimi əsasən dəmir birləşmələrinin torpaq məhsullarının yan axınlarının gətirilməsi hesabına yaranması kimi izah olunur.Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır. İlk dəfə laterit horizontlar Byuken tərəfindən (1807) təsvir edilmiş və laterit (lat. kərpic) adlandırılmışdır. == Laterit torpaqlar == Bu termin iki mənada işlədilir. Geniş mənada termin ferralit torpaqları ifadə edir. Dar mənada isə profildə laterit horizonta aid edilir.
Eduardo Saverin
Eduardo Saverin (ing. Eduardo Saverin; 19 mart 1982, San Paulo) — dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-un qurucularından biri, amerikalı sahibkar. == İstinadlar == == Xarici keçidlər == Eduardo Saverin in Facebook Where In The World Is Eduardo Saverin?
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2-3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
İlya Kaverin
İlya Kaverin (2 (15) may 1910, Astara, Lənkəran qəzası – 19 noyabr 1963, Astara, Lənkəran rayonu) — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944). == Bioqrafiyası == 1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib.Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub. O, avtomat, pulemyot və qumbaraatanların köməyi ilə iki gün qeyri bərabər döyüş apararaq, düşmənə cavab atəşi açıb, və ikinci gün gecə saatlarında öz bölməsinə geri qayıda bilib.
Aleksandr Averin
Aleksandr Dmitriyeviç Averin 11 aprel 1954-cü il təvəllüdlü təqaüdçü Sovet velosipedçisidir. O, Azərbaycan velosiped məktəbinin yetirməsi, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və kubokunun 6 qat qalibidi. == Həyatı == 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib, və 17-ci yeri tutmuşdu. 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun qalibi olub. 1980-ci ildə Averin mövsümündə yarışıb, lakin Moskva Olimpiadaları üçün seçilməyib. 1978-80-ci illərdə Tour de l'Avenir-də 1978 və 1979-cu illərdə xalların təsnifatını qazanaraq, 1979-cu ildə ikinci yerə yüksəlib. 1977 və 1979-cu illərdə Tour de France-ın Şərqi Avropadakı ekvivalentini 1977-ci ildə 21-ci və 1979-cu ildə 28-də bitirib. 1977-ci ildə Averin də Küba turunda ikinci yeri tutub.Onun oğlu Maksim Averin də velosipedçidi və Ukraynanı təmsil edib. 2011-ci ildə Trofeo Edildə ikinci yerə layiq görulub.
Amblyseius zaheri
Amblyseius zaheri (lat. Amblyseius zaheri) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Maksim Averin
Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir.2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı. 2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu. Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Typhlodromus zaheri
Typhlodromus zaheri (lat. Typhlodromus zaheri) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. == Mükafatları == 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Hüseyn xan Yavəri
Hüseyn xan Məhəmməd xan oğlu Yavəri (d. 1886 — ö. 1939) — İran hərbçisi. == Həyatı == Hüseyn xan Məhəmməd xan oğlu Yavəri 1886-cı ildə Xoy şəhərində anadan olmuşdu. Hüseyn xan Yavəri 1939-cu ildə vəfat edib. == Ailəsi == Hüseyn xan Yavəri Rəhimpaşa xan Yavərinin qızı ilə ailə qurmuşdu. Rəhim xan, Həsən xan, Mustafa xan adlı oğlanları vardı.