Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi.[2]
Maksim Averin | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Maksim Aleksandroviç Averin |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 190 sm. |
İdman növü | Velosipedi idmanı |
Vikianbarda əlaqəli mediafayllar |
Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir.[2]
2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı.
2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu.
Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.[3]