Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zavadıq
Zavadıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Zavadıx kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Zavadıq Xotavənd məbədində 1182-ci ilə aid ermənicə kitabdə Tsovatex kimidir. 1727-ci ilə aid mənbədə Yuxarı Qarabağın Köçəz nahiyəsində Zəvadıq kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kənd ermənicə Tsovatex kimi ad vermişdir. Hələlik mənası məlum olmayan zaba və türk dillərində tıq "meşəsiz (dağ, təpə)" sözlərindəndir. Ermənistanda əhalisi azərbaycanlılardan ibarət olmuş Zaba kənd adı ilə müqayisə edilə bilər. Ola bilsin bu ad zeyvə (ərəbcə zaviyə "kürüc", "bucaq", "ibadətgah" sözündən və -dıq (lıq) şəkilçisindən ibarətdir.
Zavadıx

Zapadnıy adası
Zapadnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Zapadnıy adasından şərqdə Vostoçnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada üzərində naviqasiya işarəsi quraşdırılmışdır.
Müqəddəs Qriqoris kilsəsi (Zavadıq)
Müqəddəs Qriqoris kilsəsi — Xocavənd rayonunun Zavadıq kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XVII əsrdə əslən yaxınlıqdakı Kiş kəndindən olan arxiyepiskop Barseq Kişeçinin nəzarəti ilə Katolikos IV Petrosun sifarişi əsasında inşa edilmişdir. İnşaat kitabəsinə əsasən Müqəddəs Qriqoris kilsəsi 1667-1676-cı illərdə Kiş kəndindən olan alban arxiyepiskopu Barseq Kişeçinin nəzarəti altında Alban Həvari Kilsəsinin katolikosu IV Petrosun sifarişi ilə inşa edilmişdir. Abidə üzərindəki kitabədən bəlli olur ki, kilsə Amaras monastırı qardaşlığının yay iqamətgahı kimi istifadə olunmuşdur ki, bu da onun memarlığına təsir etmiş, kilsədə dəyərli xaçdaşlar, tarixi əlyazmalar və digər dəyərli tarixi artefaktlar toplanmışdır. İlkin memarlıq xüsusiyyətlərini yaxşı qoruyaraq dövrümüzə çatmış kilsə, dörd pilonlu günbəzli bazilika formasına malikdir. Günbəzin alçaq barabanı xaçvari xarici həcmdə demək olar ki, görünmür. Kilsə divarlarının hörgüsündə yaxşı yonulmuş daş blokları istifadə olunmuşdur. Tağtavanlı örtüyə malik üçnefli ibadət zalı 19.24 m uzunluq, 13.63 m en və 8 m hündürlüyə malikdir. Ölçü xüsusiyyətləri baxımından kilsə, Amaras monastırındakı Müqəddəs Qriqoris kilsəsinin xüsusiyyətlərini xatırlatsa da, uzunluq baxımından bir qədər geri qalır. Tağtavan və onu örtən iki tərəfli dam, dörd pilon və onları birləşdirən tağlar üzərində dayanır.