Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır.2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Zağadrav (Soyuqbulaq)
Zağadrav (fars. زگدراو‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (9 ailə).
Dan-Aksel Zaqadu
Dan-Aksel Zaqadu (3 iyun 1999, Kretey) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Erkən karyerası === Zaqadu öz futbolçu karyerasına yerli klublardan olan Kreteil klubunun akademiyasında başlamışdır. 2011-ci ildə 12 yaşı olarkən Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. O, növbəti beş mövsümü PSJ akademiyasında keçirtdikdən sonra 2016-cı ildə əvəzedici komandaya dəvət almışdır. Zaqadu CFA liqasında 9 oyunda iştirak etmişdir. === Borussiya Dortmund === 5 iyun 2017-ci ildə Zaqadu Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubuna pulsuz transfer olmuş və beş illik müqavilə imzalamışdır. O, Dortmund klubunda ilk qolunu 28 oktyabr 2017-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuş və 59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Dortmund rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Zaqadu Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etmişdir. Hal-hazırda U-19 millisinin kapitanıdır.