Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miolania
Miolania (lat. Meiolania; meio + lania — madifikasiya q.yun. ἠλαίνω — "я брожу") — Gizliboyun tısbağalara aid yox olmuş tısbağa cinsi. Bu tısbağalar 2000 il öncə Yeni Kaledoniya və Avstraliya ərazisində yaşamışdır. Bu canlı 5 metr uzunluğa malik imiş. Canağları 2,5 m uzunluğa malik olurdu. Bitki yeyən canlı olmuşdur. Onun müasirləri Cənubi Amerikada yayılmış Gizliboyun tısbağalardır. Kəlləsi çoxlu çıxıntılara malik imiş. İki buynuzu vardır.
Moldavia
Moldavia Osmanlıların bugünkü Moldovaya və Rumıniyanın Moldovayla həmsərhəd regionlarına verdiyi bir ad idi. Bu bölgə xalqları uzun müddət Moldova adından istifadə etsələr də, Osmanlı imperiyası 1359-1365-ci illər arasında Boğdan Knyazlığını idarə edən Vojvoda I Boğdana görə Boğdan adından istifadə etmişdirlər. Moldavianın 1859-cu ildə Prut çayının qərbindəki hissəsi Valaxiya ilə birləşdi və Rumıniyanı meydana gətirdi. Zaman keçdikcə Osmanlılar tərəfindən Erdel adlanan Transilvaniya regionu da buraya qoşuldu. Moldavianın Prut çayının şərqindəki hissəsi 1812-ci ildə Rusiya tərəfindən işğal edildi və Bessarabiya adını aldı. Beləliklə, bugünkü Rumıniyanın sərhədləri müəyyən edildi. 1918-ci ildə Bessarabiya Rumıniya ilə birləşdi, lakin 1944-cü ildə Sovet İttifaqı bu bölgəni yenidən işğal etdi və onu SSRİ-nin Moldova Respublikasına çevirdi. 1991-ci ildə bu bölgə Moldova Respublikası olaraq müstəqillik qazandı. Bu gün Rumıniya və Moldova yaşayanlar əslində eyni etnik qrupdan olan insanlardır və eyni dildə danışırlar. Nəticədə Osmanlıların Boğdan adlandırdığı bölgə, bütün Moldovanı və şimali-şərqi Rumıniyanı əhatə edən bir region olmuşdur.
Mocinia
Stifftia (lat. Stifftia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Aristomenia Vell.
Moldavia knyazlığı
Moldaviya knyazlığı (mold. Цара Молдовей rom. Principate Moldova) və ya sadəcə Moldaviya — Şərqi Karpat və Dnestr çayı arasında Avropada qurulan tarixi knyazlıq. Əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olmuşdur. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyuldu. Moldaviya knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi.
Nataliya Molçanova
Nataliya Vadimovna Molçanova (8 may 1962, Ufa – 2 avqust 2015) — Başqırd əsilli Rusiya sərbəst-dalışçısı, dünya sərbəst-dayvinq çempionu, Rusiya Sərbəst-Dalış Federasiyasının keçmiş prezidenti, 40-dan çox dünya rekordunun sahibi, nəfəs-tutuma dalışı əsnasında 100 metr işarəsinin qət edən və nəfəsini 9 dəqiqədən çox tutan dünyanın ilk qadını. Molçanova, "Bəlkə də dünyanın ən yaxşı sərbəst-dalışçısı" olaraq xarakterizə edilmişdir. 2 avqust 2015 tarixində bir rusa xüsusi dərs verən zaman itkin düşmüşdür. Axtarış işlərinin ləğv edilməsindən sonra 5 avqustda "vəfat etmiş" hesab edilmişdir. Nataliya Molçanova, 1962-ci ilin may ayının 8-də Rusiya SSR-nın muxtar respublikalarından biri olan Başqırd MSSR-nın paytaxtı, Ufa şəhərində anadan olmuşdur. Molçanovanın bir oğlu (Aleksey) və bir qızı (Aksana) var.
Mollanın Sərgüzəşti (1960)
Film-felyeton din pərdəsi altında hər cür fırıldağa əl atan, dindarların hesabına qeyri-normal həyat tərzi keçirən "molla"nı ifşa edir. Ssenari müəllifi: Kəramət Tağıyev, Fərman Eyvazlı Quruluşçu rejissor: T. Sasanpur Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbudski (V. Zbudski kimi) Filmin direktoru: M. Axundov Möhsün Sənani — Molla Fətəli Nəsibə Zeynalova — Gülsüm Törəxanım Zeynalova (Törə Zeynalova kimi) — qarı Əli Mənsur — Əli kişi Rima Məmmədova — qız Əli Zeynalov — sürücü M. Pirili H. Xəlqi Əkbər Fərzəliyev F. Məmmədov R. Kərimov İbrahim Azəri Sultanov Əlizadə, M. “Mollanın sərgüzəşti” [kino] //Kommunist.- 1960.- 30 noyabr.
Mollanın sərgüzəşti (film, 1960)