Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zadəgan
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Adelfat
Adelfat (q.yun. ἀδελφᾶτον) — monastır və adelfotariya arasındakı müqaviləyə əsasən monastıra əhəmiyyətli töhfə üçün alınan monastır əmlakını idarə etmək və monastır gəlirlərinə sərəncam vermək hüququ. Əsasən Bizansda geniş yayılmışdır. Adelfat hüququ həm də qrant, ianə və ya satış predmetinə çevrilə bilər. Feodor Prodrom Manqan monastırında verilən adelfata görə imperator I Manuilə təşəkkür etdiyi bütün poetik dövrü həsr etmişdir. Monastır əmlakına sərəncam verməklə adelfotari monastırın daxili həyatına müdaxilə etmək imkanı əldə etmişdir. Onların fəaliyyəti monastıra itkilər gətirə bilərdi. Buna görə də, bir sıra monastır tipikonları bu cür əlaqələri qadağan edir. Kanonist Feodor Balsamon adelfatı tamamilə məqbul hesab edirdi.
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Zadəgan pişiklər
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.
Drosera adelae
Drosera adelae (lat. Drosera adelae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Qustav Dadela
Qustav Dadela (7 mart 1995) — Polşalı peşəkar kişi BMX velosipedçisi. Qustav Dadela Polşanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Qustav Dadela 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 1:07.376 saniyəlik nəticəsi ilə 88-ci yeri tutdu.
Zadəli (Urmiya)
Zadəli (fars. زده لو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (27 ailə).
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. == Tarixi == Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Lankaşir[d] – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.