Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Zakavia
Zakavia — 1923-cü ildə Gürcüstanda, daha sonra isə Azərbaycanda yaranmış və 1929-cu ildə fəaliyyətini dayandıran aviaşirkət. 1923-cü il mayın 10-da Gürcüstanda yaradılmış Zakavia, Dobrolyot modeli üzrə təşkil edilmiş səhmdar cəmiyyəti idi. Bu, 1923-cü ildə Dobrolyot və Ukrvozduxput ilə birlikdə bu modelə uyğun təşkil edilən üç şirkətdən biri idi. Hər bir şəxs və ya təşkilat Zakavia səhmlərini ala bilərdi və müəyyən bir həddən artıq səhmə sahib olanlar, hərbi məqsədlər üçün lazım olmadığı təqdirdə, onlar üçün hazırlanmış təyyarədən ehtiyac duyduqları zaman istifadə edə bilərdilər. 1925-ci ildə Gürcüstan və Azərbaycanın mülki aviasiyası vahid Zakavia cəmiyyətinə birləşdirildi. 1926-cı ildə Qroznı, Mahaçqala, Bakı və Yevlax vasitəsilə Mineralnıye Vodı ilə Tbilisi arasında uçuşlar həyata keçirməyə başladı. 1929-cu ildə Zakavia Sovet respublikalarındakı oxşar təşkilatlarla birlikdə Aeroflotun sələfi olan Dobrolyot-a birləşdirildi.
Mayko Nakaoka
Mayko Nakaoka (d. 15 fevral 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Cənubi Zazaca
Cənubi Zazaca - Zaza dilinin bir ləhçəsi, Cənubi Zazaca Türkiyənin cənubi şərqi Anatoliya məntəqəsində, Diyarbakır, Şanlıurfa və Adıyaman vilayətlərində danışılır.
Akaka soğanı
Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir.
Allium akaka