Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Mikania zamorae
Mikania zamorae (lat. Mikania zamorae) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Şavyer Espot Zamora
Şavyer Espot Zamora (kat. Xavier Espot Zamora; 30 oktyabr 1979, Eskaldes-Enqordan[d]) — andorralı siyasətçi, Andorra Knyazlığının Baş naziri. Antoni Marti hökumətinin rəhbərliyi altında 2012-2019-cu illərdə Roza Ferrer Obiolsdan sonra Sosial İşlər, Ədliyyə və Daxili İşlər Naziri oldu. 2019-cu ildə baş tutan seçkilərdən Baş nazir postuna namizədliyini irəli sürərək 29 fevral 2019-cu ildə nazir vəzifəsindən istefa verdi. Zamora ESADE Biznes Məktəbindən hüquq ixtisası üzrə magistr dərəcəsi almışdır. Bundan əlavə, Barselonadakı Ramon Lul Universitetinin Fəlsəfə fakültəsində humanitar elmlər üzrə də təhsil almışdır.
Alfonso de Zamora
Alfonso de Zamora (isp. Alfonso de Zamora; 1474, Samora[d], Kastiliya və Leon – 1531, Samora[d], Kastiliya və Leon) – yəhudiəsilli İspaniya alimi. Bibliya tərcüməçisi olmuşdur. == Həyatı == Alfonsonun atası Xuan de Zamora 1492-ci ildə İspaniyadan sürgün olunmuş, lakin daha sonra İspaniyaya qayıtmış yəhudilərdən biri olmuşdur. Onlar 1506-cı ildə katolikliyə keçsələr də, gizli yəhudi olmağa davam etmişdirlər. Alfonso katolikliyə keçməmişdən sonra yəhudi təhsili almış və Salamanka Universitetində ivrit dili üzrə professor olmuşdur. Bu universitet Vyana Şurasının dekreti (1311–1312) əsasında ivrticə təhsil verən Avropa universitetlərindən biri idi. O, latın dilində ivrit dili qramatikası və lüğətləri yazmış, Bibliya araşdırmaları aparmış və Roma yəhudilərinə konversionist məktub (1526, Alkala-de-Enares) yazmışdır. Alfonso ilk poliqlot Bibliya olan Komplutensiya Poliqlotta üzərindəki işinə görə tanınır. O, bu Bibliya üzərində 15 il işləmişdir.