Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabivaka
Zabivaka (rus. Забива́ка, "Qolçu, bombardir") – Rusiyada keçirilən 2018 FİFA Dünya Kubokunun rəsmi talismanı. Talismanın adı rus sözləri olan забияка (əsəbi) və забивать (xal qazanmaq) sözlərinin qarışığından yaranıb. Talisman elektron seçki ilə seçildi və qalib gələn talisman olan Zabivakanı hazırlayan tələbə dizayner olan Yekaterina Boçarovadır. Maskot 21 oktyabr 2016-cı ildə açıldı. Bu maskot antropomorfik Avrasiya canavarı idi. Onun qəhvəyi və ağ xəzi var idi və üstü "Russia 2018" yazılı bir T-shirt yazılmışdı. Dizaynerə görə, talismanın gözündə olan eynək xizək eynəyi deyil, bəzi idman növlərində istifadə olunan, misal üçün velosiped idmanında istifadə olunan bir eynəkdir. Ağ,göy və qırmızı rənglərinin kombinasiyası Rusiya bayrağını simvolizə edir. Müsabiqənin nəticəsi 22 oktyabr 2016-cı ildə Pervıy kanaldakı Вечерний Ургант verilişində açıqlandı.Zabivaka adlı canavar 53 % səslə birinci, pələng 27 % səslə ikinci, 20 % səs yığan pişik isə üçüncü olmuşdur.Təxminən 1 milyona yaxın insanın iştirak etdiyi səsvermə FIFA.com saytında keçirildi.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir. Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Zamik Rzayev
Zamik Rzayev (Zamik Rzayev Suleyman oğlu; 14 avqust 1989, İliç rayonu) — Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş Zamik Rzayev Suleyman oğlu 1989-cu ilin avqust ayının 14-ü Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərinin Səbail rayonun 51 saylı orta məktəbində təhsilə başlamış, 2005-ci ildə 9 illik təhsilini tamamlamışdır. 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 2010-cu ildə təhsilini başa vurmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraslıq fakultəsinə daxil olmuş, 2015-ci ildə bakalavr təhsilini bitirmişdir. Eyni ildə akademiyanın magistr bölməsinə daxil olmuşdur. 2011-ci ildə "Crescent Beach Hotel" də keçirilən rəsm müsabiqəsində istirak etmişdir. 2007-ci il fevral ayının 2- da Azərbaycan İstiqlal Muzeyində keçirilən "Xocalı — qan yaddaşımız" adlı sərgidə iştirak etmişdir. 2010-cu il martın 30-da Azərbaycan Istiqlal Muzeyində keçirilən "Susa bilmirəm" adli sərgidə iştirak etmişdir. 2008-ci il, may ayının 12-də Azərbaycan Dövlət Flarmoniyasının binasında "İnsan alverinə yox dəyək" devizi altında keçirilən xeyriyyə marafonunda iştirak etmişdir. Dövlət Rəssamlıq Akademiyasının muzeyində keşirilmiş "AZNAR" adlı sərgidə iştirak etmişdir.