Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakikat (qəzet)
Hakikat (avar. XӀакъикъат) - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. 1979-1918: XӀакъикъат - (azərb. Həqiqət‎) 1918-1920: ХӀалтӀулел чагӀи - (azərb. İşləyən insanlar‎) 1920-1921: БагӀараб байрах - (azərb. Qırmızı bayraq‎) 1921-1934: БагӀарал мугӀрул - (azərb. Qırmızı dağlılar‎) 1934-1951: МагӀарул большевик - (azərb. Bolşeviklər dağlarda‎) 1951-1957: Дагъистаналъул правда - (azərb. Dağıstan həqiqətləri‎) 1957-1990: БагӀараб байрах - (azərb.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Zamik Rzayev
Zamik Rzayev (Zamik Rzayev Suleyman oğlu; 14 avqust 1989, İliç rayonu) — Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş Zamik Rzayev Suleyman oğlu 1989-cu ilin avqust ayının 14-ü Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərinin Səbail rayonun 51 saylı orta məktəbində təhsilə başlamış, 2005-ci ildə 9 illik təhsilini tamamlamışdır. 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 2010-cu ildə təhsilini başa vurmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraslıq fakultəsinə daxil olmuş, 2015-ci ildə bakalavr təhsilini bitirmişdir. Eyni ildə akademiyanın magistr bölməsinə daxil olmuşdur. 2011-ci ildə "Crescent Beach Hotel" də keçirilən rəsm müsabiqəsində istirak etmişdir. 2007-ci il fevral ayının 2- da Azərbaycan İstiqlal Muzeyində keçirilən "Xocalı — qan yaddaşımız" adlı sərgidə iştirak etmişdir. 2010-cu il martın 30-da Azərbaycan Istiqlal Muzeyində keçirilən "Susa bilmirəm" adli sərgidə iştirak etmişdir. 2008-ci il, may ayının 12-də Azərbaycan Dövlət Flarmoniyasının binasında "İnsan alverinə yox dəyək" devizi altında keçirilən xeyriyyə marafonunda iştirak etmişdir. Dövlət Rəssamlıq Akademiyasının muzeyində keşirilmiş "AZNAR" adlı sərgidə iştirak etmişdir.