Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kametaro Toyama
Kametaro Toyama (外山亀太郎, Toyama Kametaro, 23 oktyabr 1867 – 29 mart 1918) – Yaponiya genetiki və zooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur. == Karyerası == Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur. O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur. 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur. Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur. 7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür. Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir. O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır.
Qaetano Donizetti
Qaetano Donizetti (it. Domenico Gaetano Maria Donizetti [donidˈdzetti]; 29 noyabr 1797[…], Berqamo[…] – 8 aprel 1848[…], Berqamo, Lombardiya-Venesiya krallığı[…]) — İtaliya bəstəkarı. Demoniko Qaetano Mariya Donizetti 29 noyabr 1797-ci ildə İtaliyanın Berqamo şəhərində dünyaya gəlib. Bəstəkar sənətinin inkişafında Rossini ilə Verdi arasında keçid mərhələsi yaradıb. Atası Andrea sələmçi dükanında orta səviyyəli məmur, anası isə musiqidən anlayan gözəl səsli dərzi qadın Marianna idi. O, kasıb ailənin altı uşağının beşincisi olub. Ailəsi Donizettini elmlə məşğul olan biri kimi yetişdirmək istəsə də, o, musiqiyə olan böyük marağına görə, piano və harmoniya dərsləri almağa başlayıb. Hələ kiçik yaşlarından bəstə sınaqları, kamera musiqi əsərləri yazıb. Müəllimləri 1803-cü ildə ibtidai məktəbə başlayan Donizettinin musiqi qabiliyyətinin dərhal fərqinə varıb. Xüsusi günlərdə və şənliklərdə musiqi məharətini göstərən balaca Donizetti hər kəsin sevgisini qazanıb.